Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxaq axtarışa verdiyi şəxs Rusiyada tutulub. Azərbaycan vətəndaşı Teymur Məmmədov Samara şəhərində adam oğurluğu cinayətinə görə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması üçün iş aparılır.
Qeyd edək ki, T.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələr ilə ittiham olunur. 1985-ci il təvəllüdlü T.Məmmədov Bakı şəhərində anadan olub./Report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?