GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “SOCAR-ın vitse-prezidenti qohumumdur” – neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib

“SOCAR-ın vitse-prezidenti qohumumdur” – neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib

Tarix: 24-07-2017, 11:02 Bölmə :Kirminal Baxış: 411
“SOCAR-ın vitse-prezidenti qohumumdur” – neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gündəm Xəbər-in Virtualaz.org saytına istinadən xəbərinə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib.

İttihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, Aybəniz Xəlilova, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə, 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Törətdiyi cinayət əməlinə görə Bənövşə Süleymanovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən B.Süleymanova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, vətəndaşlardan aldığı pulları keçmiş həyat yoldaşı Elmar Paşayevə verdiyini deyib.

Prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev ifadə verib. Şahid ifadəsində bizneslə məşğul olduğunu, keçmiş həyat yoldaşı ilə birgə nikahda olduqları dövrdə kafe aldığını, həmin kafeni işlətdiyini deyib: “Mən Bənövşənin qazancı ilə biznes qurmamışam. Universitetdə oxuduğum vaxtlardan işləmişəm. Ailədə həmişə gəlir gətirən mən olmuşam. Bənövşənin puluna ehtiyacım olmayıb”.

E.Paşayev qeyd edib ki, Bənövşə Süleymanovanın vətəndaşlardan aldığı pullardan ona heç nə çatmayıb.

B.Süleymanova isə keçmiş ərinin dediklərini təkzib edib: “Həmin pullar hesabına özünə kafelər alıb, ailəsini dolandırıb, bu yolla varlanıb. Məni otellərə aparırdı. Otelin pulunu da məndən alırdı. Atamın pullarını məndən alırdı. Sonradan məni dəlixanaya salıb məhkəmə yolu ilə boşadı. Məni dəli kimi qələmə verib, uşaqları öz himayəsinə götürdü. Mənə deyirdi ki, vəzifəli şəxslərin adından istifadə elə, pul topla. Deyirdi, mənim adımı hallandırma. Mən “Maştağa”da yatanda vətəndaşların məndən şikayət etdiklərini eşitdim. Beş ay orada yatdım. Anama, atama zəng edirdim ki, mən dəli deyiləm, məni buradan çıxarın, şikayətçilərlə danışım. Pulları Elmara verdiyimi onlara deyim, onlar da pulların kimdə olduğunu bilsinlər. Elmar məndən istifadə edib. Mənə deyirdi ki, məni satma. Müstəntiqlə birləşib məni bu günə qoydular”.
Hakimin “Sənə deyəcəkdi ki, get özünü dağdan at, atacaqdın?” sualına təqsirləndirilən şəxs “ona inanmışdım” deyə cavab verib.

Şahid keçmiş həyat yoldaşının yalan danışdığın, onu heç bir otelə aparmadığını, bir dəfə dəniz kənarına getdiklərini göstərib: “Yalan danışır. Boşanandan sonra dəlixanada olub, sonra da türmədə”.

Qeyd edək ki, məhkəmə prosesi boyunca keçmiş ər-arvad bir-birlərinin ünvanına kəskin ifadələr, ittihamlar səsləndiriblər. Məhkəməyə sədrlik edən hakim tərəfləri sakitləşdirib.

Daha sonra şahid qismində Elzadə Paşayeva ifadə verib. O, ifadəsində gözəllik salonunda işlədiyini, Bənövşənin mütəmadi olaraq onun yanına gəlib-getdiyini göstərib: “Özünü yuxarıdan aparırdı, pula pul demirdi, yüksək maaş aldığını söyləyirdi. Beş manatlıq işə otuz manat verirdi. Sonra dedi ki, ailə qururam, toyum olacaq. Toyu olandan bir müddət sonra mənə mesaj yazdı ki, qızıllarımı itirmişəm, faizə 12 min manat pul götürmək istəyirəm, alım qoyum yerinə. Xalamoğlu Mərkəzi Univermaqda işləyirdi. Onları tanış elədim. Qızıl alıb pulunu hissə-hissə ödəyirdi”.

Şahid ifadəsində göstərib ki, Bənövşə ilə aralarında münasibət getdikcə daha da möhkəmlənib. Bənövşə ona həyat yoldaşını SOCAR-a işə düzəldə biləcəyini, bunun üçün 25 min manat pul lazım olduğunu deyib: “Deyirdi ki, Xaliq Məmmədovun yaxın qohumuyam, ərini işə düzəldəcəyəm, əgər alınmasa, pulunu qaytaracağam. Həyat yoldaşım İlhamla SOCAR-ın binasının yanına gəldik, sənədlərlə bir yerdə pulu verdik”.

Şahidin dediklərinə görə, iş alınmadıqda B.Süleymanova ona qarşıdan Avropa Oyunları gəldiyini deməklə vaxtı uzadıb. Beləliklə, il yarım keçib. Nə işə düzəlib, nə də pulları geri qayıdıb: “İki il tamam olanda pullarımı istədim. Dedi ki, vermişəm başqa bir qadına”.

Zərərçəkmiş qismində dindirilən Aybəniz Xəlilova ifadəsində təqsirləndirilən şəxsin onun qızı ilə bir yerdə işlədiyini deyib: “Evimizə gəlib-gedən adam olub, bir yerdə çörək kəsmişik. Qızım işdən çıxmışdı. Sonradan Bənövşə zəng vurub dedi ki, iş yeri açılıb, on min manat şirinlik vermək lazımdır. O qədər pulumuz olmadığını söylədim. Deyirdi ki, şirkətin vitse-prezidenti atamın bibisinin yoldaşıdır. Borc pul, kredit götürüb verdik. Həmin ərəfədə SOCAR-da qəza oldu, işçilər dənizdə batdı. Bizə deyirdi ki, indi qarışıqlıqdır, düzələcək. Bənövşəyə ayrı-ayrı vaxtlrda 18 min manata kimi pul vermişik, indiyə qədər bir manat da qaytarmayıb”.

Zərərçəkmiş ifadəsində deyib ki, pullarını ala bilmədikdə B.Süleymanovanın yaşadığı ünvana yollanıb. Qapının yanında dayanıb Bənövşənin evə nə zaman gələcəyini gözləyib: “Bu vaxt gördüm ki, iki nəfər də Bənövşənin qapısına yaxınlaşdı. Mənə dedilər ki, sən də pula görə gəlmisən? Elə bil məni cərəyan vurdu. Aldadıldığımı həmin vaxt başa düşdüm. Mən onun həbs olunmağını istəmirəm, pullarımızı qaytarsın”.
Proses iyulun 26-da davam edəcək.
İnarə Rafiqqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı” – Bənövşə Süleymanova

    “Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı” – ...

    21-07-2017, 15:57

  • 
  • Polis rəisinin arvadına dələduzluq ittihamı

    Polis rəisinin arvadına dələduzluq ittihamı ...

    29-09-2016, 16:33

  • 
  • Dələduzluq edənə 11 il cəza

    Dələduzluq edənə 11 il cəza ...

    14-05-2015, 12:48

  • 
  • 22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə çıxarıldı

    22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə ...

    31-07-2015, 00:04

  • 
  • "Məmurlarla dostam" deyən falçı məhkəmə zalında həbs olundu

    "Məmurlarla dostam" deyən falçı məhkəmə ...

    30-08-2015, 12:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu