Bərdə rayonu Hacallı kənd sakinlərinin virtualaz.org saytına verdikləri məlumata görə, Əliyevlər ailəsində əvvəllər heç bir münaqişə, dava-dalaş, narazılıq baş verməyib.
Son bir ayda ailə başçısı Saday Əliyevin səhhətində problem yaranıb: “Saday Qarabağ döyüşçüsü olub. Maddi vəziyyətləri pis deyildi. Mal-qara saxlayır, təsərrüfatla məşğul olurdular. Bu ailə problemli ailə olmayıb”.
“Doğma əmiuşağı idilər. Belə bir hadisənin baş verməsi heç kimin ağlına gəlməzdi. Həmişə mehriban dolanıblar. Son vaxtlar Saday əsəblərinə görə müalicə olunurdu. Bu gün səhər Daşkəsəndə yaşayan qohumlarıgilə istirahətə gedəcəkdilər. Gecə arvadını öldürüb, uşaqları yaralayıb. Sonra da özünü eyvanda asıb. Uşaqlar hazırda Gəncədə xəstəxanadadırlar”, - Əliyevlər ailəsinin yaxın qonşusu və qohumu Mütəllim Nuriyev əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?