Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.
Marat Ueldanovun apellyasiya şikayəti araşdırılması üçün hakim Əflatun Qasımovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası avqustun 4-nə təyin edilib. İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib./teleqraf.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?