GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Azərbaycanda ögey atanın zorladığı uşaqların ifadələri — TƏFƏRRÜAT

Azərbaycanda ögey atanın zorladığı uşaqların ifadələri — TƏFƏRRÜAT

Tarix: 31-07-2017, 11:15 Bölmə :Kirminal Baxış: 423
Azərbaycanda ögey atanın zorladığı uşaqların ifadələri — TƏFƏRRÜAT


Şəkidə 3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpərdən cinayət əməli barədə məlumat vermişdik. 3 azyaşlı uşağı uzun illlərdir ki, zorlayan şəxs onların ögey atası idi.

Gündəm Xəbər-in məlumatına görə, musavat.com bu dəhşətli cinayət əməlinin yeni təfərrüatlarını əldə edib.

Azyaşlılara qarşı iyrənc əməlləri törədən 1973-cü ildə Şəki şəhərində anadan olan Nurəli Səlimovun cinayət işinə qapalı məhkəmə iclasında, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

3 ögey uşağını zorlayıb…

N.Səlimov aşkar surətdə on dörd yaşına çatmayan uşaqlara qarşı seksual xarakterli hərəkətlərdə təqsirli bilinib. İttihama görə, N.Səlimov ilk olaraq əvvəllər qeyri-rəsmi münasibətdə olduğu və birlikdə yaşadığı Zərifə Quliyevanın (ad və soy ad şərtidir) 1999-cu ildə anadan olmuş qızını 6 ilə yaxın zorlayıb.

44 yaşlı N.Səlimov Z.Quliyevadan ayrıldıqdan sonra Ramilə Qasımova (ad və soy ad şərtidir) ilə ailə qurub. N.Səlimov yeni ailə həyatı qurduqdan sonra da çirkin əməllərini davam etdirib. O, bu dəfə rəsmi ailə qurduğu R.Qasımovanın iki azyaşlı uşağına qarşı da seksual xarakterli hərəkətlər edib. N.Səlimov 7 yaşlı ögey oğlunu və 8 yaşlı ögey qızını da (Ramilə Qasımovanın birinci nigahdan olan övladları) zorlayıb. Ögey ata hər iki azyaşlıya qarşı 2014-2016-cı illər ərzində dəfələrlə seksual xarakterli hərəkətlər edib.

Ögey ata “günahsızam” deyir…

Amma N.Səlimov ona qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmır. Onun sözlərinə görə, azyaşlı uşaqlar analarının təzyiqi ilə ona qarşı ifadə veriblər. O, uşaqların heç birini zorlamadığını bildirir.

Dəhşətli cinayət əməlləri ilə bağlı azyaşlılar və onların anaları da məhkəmədə ifadə verib.

“İlk dəfə 7 yaşım olanda Nurəli mənə sataşıb”

Məhkəmədə Zərifə Quliyevanın 6 il seksual təcavüzə məruz qalmış, hazırda 18 yaşında olan qızı ifadə verib: “Anam işdə olduğu vaxt Nurəli mənə iyrənc hərəkətlər etdi. Nurəlinin bu hərəkətləri barədə anama dedim. Onlar dalaşdılar. Anam bir dəfə fermada Nurəlinin mənə qarşı iyrənc hərəkətlər etdiyini gördü. İlk dəfə 7 yaşım olanda Nurəli mənə sataşıb. Evdə heç kim olmayanda içkili vəziyyətdə məni zorlayıb. Qışqırıb ağlayanda məni hədələdi, şillə ilə vurdu. Sonra anamla Nurəli ayrıldı. Nurəlinin ikinci arvadının yanında qalanda da eyni hərəkətlərə məruz qaldım. Bu barədə ögey anama da dedim. O da Nurəli ilə dalaşdı. Nurəli deyirdi ki, mən ona şər atıram”.

Nurəlinin ikinci dəfə rəsmi nigaha girdiyi Ramilə Qasımovanın azyaşlı övladları da məhkəmədə zərərçəkmiş kimi ifadə verib.

7 yaşlı oğlan uşağına qarşı…

R.Qasımovanın 7 yaşlı oğlu ifadəsində bildirib ki, 2013-2016-cı illər ərzində ögey atası Nurəli tərəfindən dəfələrlə zorlanıb. O, böyük və kiçik bacılarının da Nurəli tərəfindən zorlandığını, lakin qorxduqları üçün heç kimə deyə bilmədiklərini söyləyib.

Nurəlinin iyrənc hərəkətlərinin qurbanı olan R.Qasımovanın 8 yaşlı qızı da eyni məzmunlu ifadə verib. O deyib ki, ilk dəfə 2014-cü ilin payızında, 7 yaşı olanda ögey atası tərəfindən zorlanıb. Həmin gün anası 2 azyaşlı qardaşına baxmaq üçün onu evdə qoyub. Bir müddət sonra Nurəli tək evə gəlib. Həmin vaxt o, 2 yaşlı qardaşına yemək hazırlayırmış. Nurəli azyaşlının köməksiz vəziyyətindən istifadə edərək onu zorlayıb.

8 yaşlı qız bu barədə anasına danışıb. Anası da həmin gün Nurəliyə acıqlanıb və mübahisə ediblər. Nurəli isə anasına uşağın ona şər atdığını deyib.

“Deyirdi ki, desən, başını kəsəcəm…”

Bundan onra Nurəli öz iyrəncə əməllərini 2 ilə yaxın davam etdirib. Nurəli tərəfindən dəfələrlə zorlandığını deyən azyaşlı ögey atası tərəfindən hədələndiyini də bildirib: “Deyirdi ki, bu barədə kiməsə desəm, başımı kəsəcək. O, qardaşıma, digər bacıma qarşı da eyni hərəkətləri edib. Bir dəfə qardaşımı evə salıb qapını bağlamışdı. Qardaşım anama dedi ki, Nurəli ona qarşı pis hərəkətlər edir. Anamla Nurəli növbəti dəfə dalaşdı. Amma Nurəli deyirdi ki, uşaqlar ona şər atır”.

Məhkəmədə azyaşlıların anaları da ifadə veriblər. Onlar uşaqlarının Nurəli tərəfindən zorakılığa məruz qaldığını və buna görə də polisə müraciət etdiklərini deyiblər. Onlar Nurəliyə ağır cəza verilməsini tələb ediblər.

N.Səlimov 21 may 2016-cı ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin istehlakı) maddələri ilə təqsirləndirilərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Nurəli cəzasından narazı qalıb…

Aldığı 14 il 6 aylıq cəzadan narazı qalan Nurəli apellyasiya şikayəti verib. Nurəli şikayətində bildirib ki, uşaqlara qarşı heç bir zorakılıq hərəkəti etməyib. Həmçinin narkotik vasitə istifadəçisi olmayıb. Nurəli Səlimov uşaqların anaları tərəfindən öyrədildiyini və ona qarşı ifadə verdiyini bildirib.

N.Səlimovun apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə N.Səlimovun şikayətini təmin etməyib və 14 il 6 aylıq cəzanı qüvvədə saxlayıb.

Qeyd edək ki, məhkəmədə cinayət işi materiallarında ekspertiza rəyləri yer alıb. Ekspertiza 3 azyaşlı uşağın Nurəli tərəfindən zorlanması barədə rəy verib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəkidə iyrənc cinayət: Ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    Şəkidə iyrənc cinayət: Ögey ata üç uşağı 7 il ...

    16-07-2017, 19:06

  • 
  • Ögey ataları tərəfindən zorlanan 3 uşağın şok ifadələri: “Deyirdi ki, başını kəsəcəm...”

    Ögey ataları tərəfindən zorlanan 3 uşağın şok ...

    30-07-2017, 17:24

  • 
  • 9 yaşlı oğlanı zorlayan gənc məhkəmə qarşısında

    9 yaşlı oğlanı zorlayan gənc məhkəmə qarşısında ...

    13-04-2015, 21:49

  • 
  • 24 azyaşlını zorlayan şəxs ifadə verdi

    24 azyaşlını zorlayan şəxs ifadə verdi ...

    24-10-2013, 12:54

  • 
  • Qudasının qızını zorlayıb hamilə qoyan şəxsin şikayətinə baxıldı

    Qudasının qızını zorlayıb hamilə qoyan şəxsin ...

    27-11-2015, 18:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu