Bakı Apellyasiya Məhkəməsində 9 yaşlı oğlana qarşı təcavüz edən 1999-cu il təvəllüdlü Oqtay Mayılovun cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun protesti üzrə məhkəmə başlayıb.
Oqtay Mayılov ötən ilin yayında Sabunçu qəsəbəsində 9 yaşlı Seymuru (ad şərti verilib) zorlayıb. Həmin vaxt azyaşlı siqaret çəkirmiş. Oqtay azyaşlının siqaret çəkməsini anasına deyəcəyi ilə hədələyib və onu gizli bir yerə apararaq zorlayıb.
Oqtay Mayılov Cinayət Məcəlləsinin 150.1-ci (zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə şəxsin köməksiz
vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Mayılov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Oqtay Mayılovun cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Baş prokurorluğun protesti üzrə ilkin dinləmə olub. Dinləmə qapalı keçirilib. Qapalı proesesdə Baş Prokurorluğun protesti müəyyən edilib. Məlum olub ki, prokurorluq Oqtay Mayılovun cəzasının arıtırılaraq 10 il müddətinə təyin edilməsini istəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?