Bakıda oğurluq etməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Elgün Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Elgün Quliyev anket məlumatları dəqiqləşdirilib.
Daha sonra onun barəsində olan qətimkan tədbirinə baxılıb. Məhkəmə Elgün Quliyevin barəsində olan qətimkan tədbiri dəyişdirilməsi barədə qərar qəbul edib. Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib. Məhkəmə baxışı avqustun 1-ə təyin edilib. İttihama görə, ötən ilin sonlarında Qaradağ rayon Sahil qəsəbəsində bir neçə oğurluq hadisəsi baş verib. Polis əməkdaşları 4-5 mənzildən xeyli miqdarda qızıl-zinət əşyası və külli miqdarda pul oğurlamaqda şübhəli bilinən Elgün Quliyevi saxlayıb. Elgün Quliyev Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?