GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “Böhtan və yalanın dəhşəti ondadır ki...”- 4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi

“Böhtan və yalanın dəhşəti ondadır ki...”- 4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi

Tarix: 12-08-2017, 17:14 Bölmə :Kirminal Baxış: 439
“Böhtan və yalanın dəhşəti ondadır ki...”- 4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi


MTN-in kəşfiyyatçı polkovnikin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Polkovnik “MTN işi” çərçivəsində həbs edilən zabitlər arasında hökm oxunan ikinci şəxs oldu.


Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı.

O, məhkəmədə son sözlə çıxış edib. M.Əsgərov ittiham olunduğu maddələrlə özünü təqsirli bilməyərək zərərçəkmiş tərəfindən şər və böhtana məruz qaldığını deyib.

MTN polkovniki barəsində açılmış cinayət işinin qərəzli aparıldığını və həbs edildiyini söyləyib: “Heç bir fakta əsaslanmadan, şər və böhtan xarakterli ifadə əsasında hazırlanan qərarla 2015-ci ilin 31 oktyabrında saxlanıldım. Hazırlanmış əsassız təqdimat əsasında məhkəmə barəmdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçdi. 3 dəfə həbs qətimkan tədbirimin müddəti uzadıldı. İstintaq dövründə təqsirsizliyimi, həmçinin həqiqətin aşkarlanması istiqamətində tərəfimizdən qaldırılmış vəsatətlər üzrə zəruri istintaq tədbirləri həyata keçirilmədi. Bəzi istintaq tədbirləri isə həbsim üçün göstərilən qərardakı məqamları təkzib etdiyi üçün davam etdirilmədi”.

Kəşfiyyatçı polkovnik zərərçəkənin və şahidlərin ifadələrində göstərdiklərinin məhkəmə zamanı təsdiqini tapmadığını bildirdi: “Eyni zamanda zərərçəkən və onun şahidlərindən təkrar alınan ifadələr istintaq tədbirləri zamanı əldə edilmiş nəticəyə uyğunlaşdırlıb. Bununla da qərəzçiliyə və qanun pozuntusuna yol verilib.

İttiham olunduğum maddələri üzrə özümü zərrə qədər də təqsirli hesab etmirəm. Belə ki, məxfi məlumatların daşıyıcısı kimi bu informasiyaları aşkarladığım halda qanun qarşısında məsuliyyət daşıdığımı dərk edirəm. Bunu bildiyim halda zərərçəkəni şantaj edəcəyimi düşünmək və bu qənaətə gəlmək heç bir məntiqə sığmır. Həm də məhkəmə prosesində iştirakçılara aydın oldu ki, tərəfimizdən keçirilmiş tədbirlər zamanı zərərçəkənin əməlinə dair əldə edilmiş informasiyalar məhkəmə araşdırılmasında açıqlandı. Bəzi məlumatlardan zərərçəkənin məlumatsız olduğu aydın oldu.

Zərərçəkənin və həmçinin şahidlərinin ifadələrində qeyd olunurdu ki, guya həmin vaxtlarda onun pul ehtiyacım olub. Onun xeyrinə heç bir iş görməyəcəyimi bildiyi halda mənə rüşvət verməsi həqiqəti əks etdirmir. Həmin adamın mənə rüşvət verməsinə dair hallar təkzib edilməz faktlarla inkar edilir”.

MTN polkovniki zərərçəkmiş kimi tanınan Mirəziz Əsgərov ətrafında keçirilmiş əməliyyatdan da danışıb.

O deyib ki, 2012-ci ildə MTN-in xüsusi təyinatlıları tərəfindən saxlanılmış Vidadi Əzizov, Nəriman Cavadov və Rasim Manafov onun rəisi olduğu şöbəyə təhvil verilib: “Onlar keçmiş MTN-in əmr və təlimatları əsasında Vidadi Əzizov barəsində açılmış siqnal çaları üzrə (xarici ölkələrin xüsusi xidmət orqanları ilə əlaqə ehtimalı) dindirilib və müvafiq qaydada sənədləşdirilmə aparılıb. Rəhbərliyin göstərişinə uyğun müvafiq əmr və tədbirləri davam etdirdikdən sonra onları sərbəst buraxıblar. Lakin Vidadi Əzizovun iddia etdiyi məbləğ, ziddiyyət yaradan həmin pul şöbəyə təqdim olunmayıb. Belə olan halda mənim bu əməllərlə ittiham olunmağım absurddur”.
Son sözünün davamında M.Əsgərov məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib: “Məhkəmə araşdırması zamanı zərərçəkənin və onun müdafiəçisinin obyektivlik naminə günahkarların istintaqdan kənarda qaldığını etiraf etdikləri halda, prokuror bu məqamı, həmçinin cinayət işi üzrə qeyd etdiklərimi, məhkəmə araşdırılması zamanı aşkarlanmış bəraətverici faktları qiymətləndirmədi. Onun qeyri-obyektiv mövqe tutması təəssüf doğurdu.

İstintaq hərəkətlərindən və məhkəmə araşdırmasından açıq aydın görünür ki, mənə qeyd olunan maddələrlə əsassız ittiham elan olunub. Heç kim nəzərə almır ki, həmin pul vəsaitinin sahibkarlıq fəaliyyəti nəticəsində qazanılmaması əsaslı faktlarla sübuta yetirilib. Həmin pul vəsaiti Azərbaycanın qüdrətlənməsinə, inkişafına mane olan və bu məqsədlə təxribatlar törədən xarici ölkənin xüsusi xidmət orqanlarına məxsus olub.

İddia olunduğu halda bu pullar qeyri-qanuni olaraq Azərbaycana gətirilmiş hesab edilməli və işin təşkilatçıları, iştirakçıları cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu işə hüquqi qiymət verməlidir. İstintaqda bu kimi hallara diqqət yetirilməməsi başa düşülən deyil.
25 il dövlətə sədaqətlə xidmət etməyimi, ailə vəziyyətimi, sağlamlığımı, əsasız olaraq 22 aydan artıq həbsdə saxlanılmağımı nəzərə alıb ədalətli qərar olaraq bəraət hökmünün verilməsini xahiş edirəm. Bu ədalətli qərar olarsa, şəxs və təşkilatlara qarşı mənəvi ziyana görə heç bir iddiam olmayacaq. Bəraət hökmü mənim mənəvi cəhətdən rahat olmağıma səbəb olar. Həmçinin məhkəmə qərarlarının ədalətli olmasına inamımı daha da artırar. Eyni zamanda ona görə bəraət istəyirəm ki, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin tərkibində vəzifəsinə sədaqətlə xidmət edən və xarici ölkələrin xüsusi xidmət orqanlarına qarşı əks kəşfiyyat aparan əməkdaşlarında ruh düşkünlüyü yaranmasın. Respublikamıza qarşı pozuculuq fəaliyyətini davam etdirən xarici ölkələrin xüsusi xidmət orqanları da bu kimi hallardan istifadə metodları kimi davamlı hal formalaşdırılmasın”.

M.Əsəgərov çıxışını tarixçi Herodotun bu sözləri ilə tamamlayıb: “Böhtan və yalanın dəhşəti ondadır ki, onun qurbanı ədalətli və günahsız insanlar olur. Bu ədalətsizliyi iki tərəf həyata keçirir. Böhtan və yalanı yayan, böhtan və yalana inanalar”.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən M.Əsəgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Bu epizod üzrə qısa olaraq xatırladaq ki, zərərçəkmiş kimi tanınan Vidadi Əzizov bankdan 1 milyon dollar nağd pul çıxararkən MTN əməkdaşları tərəfindən saxlanılıb. Onun bu məbləği xarici kəşfiyyat orqanlarından aldığı qeyd edilir. Amma V.Əzizov bu məbləği sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla qazandığını söyləyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Böhtan və yalanın dəhşəti ondadır ki...”- 4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi

    “Böhtan və yalanın dəhşəti ondadır ki...”- 4 il ...

    12-08-2017, 15:57

  • 
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • MTN polkovnikinin həbs müddəti uzadıldı

    MTN polkovnikinin həbs müddəti uzadıldı ...

    10-02-2016, 18:45

  • 
  • Prokuror keçmiş MTN polkovnikinə cəza istəyib

    Prokuror keçmiş MTN polkovnikinə cəza istəyib ...

    28-07-2017, 13:52

  • 
  • "İrana işləyirsən, 500 min gətir"

    "İrana işləyirsən, 500 min gətir" ...

    25-07-2017, 20:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu