Adanada 17 yaşlı bir gənci silahla vuraraq öldürən Emrah B. -nin cinayəti qızı F.N.B.-nın zorlandığı üçün törətdiyi ortaya çıxıb. Qəzəbli ata "Qızımı məndən aldılar. Yalvarıram, zorlama ilə bağlı daha ağır cəzalı qanunlar gətirilsin" deyib.
Hadisə ötən axşan bir iş yerində baş verib. İddiaya görə, Emrah B. qızını zorlayan M.R.Y-nın iş yerinə gələrək "Sən qızımı zorladın. Sənə görə psixoloji müalicə alır" deyərək, özü ilə gətirdiyi odlu silahdan 4 dəfə atəş açıb. Xəstəxanaya çatdırılan M.R.Y-nın həyatını xilas etmək mümkün olmayıb. Emrah B. polislər tərəfindən saxlanılıb.
Polis bölməsində ifadəsi alınan Emrah B. cinayəti qızının namusunu yerdə qoymamaq üçün törətdiyini və peşman olmadığını "Namusum üçün etdim. Namusumuzu yerdənmi tapdıq? Qızıma təcavüz etdi. Mən bu cinayəti başqa balalar zərər çəkməsin deyə etdim. Qızımı məndən aldılar. Hər kəsin başına gələ bilər. Bunların fotoları yayılsın, ifşa edilsin" fikirləri ilə ifadə edib.
Sorğu
Yeni dizaynımız necədir?