GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » AXCP fəalının apellyasiya şikayəti təmin edilmədi

AXCP fəalının apellyasiya şikayəti təmin edilmədi

Tarix: 17-08-2017, 15:54 Bölmə :Kirminal Baxış: 441
AXCP fəalının apellyasiya şikayəti təmin edilmədi


Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Təşkilatının üzvü Fuad Əhmədlinin 4 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.
Qərardan öncə vəkil Əsabəli Mustafayev fəalın işlədiyi "Azerfon" şirkətinə ("Nar Mobile") sorğu göndərilməsi, şirkətin rəhbərinin məhkəmədə dindirilməsi barədə vəsatət verib. Bildirib ki, Fuad Əhmədli haqqında cinayət işinin başlanmasına əsas kimi təqdim olunan şirkət rəhbərinin məktubunun sonradan hazırlanıb iş materiallarına əlavə olunduğunu ehtimal edir:
"Fuadın həbsindən əvvəl Dövlət Təhlükəsizlik Xidmətinə "Azerfon" rəhbərliyinin məktub ünvanladığı iddia olunur. Məktubda yazılıb ki, Fuad Əhmədli hansısa məlumatları telefonu vasitəsilə müəyyən adamlara ötürüb. Əvvəla, biz bu məktubun cinayət işinə hüquqi don geyindirmək üçün sonradan hazırlanıb əlavə edildiyini düşünürük. İkincisi, bu məktub həm də Fuadın telefonuna qanunsuz müdaxiləni sübut edir. Xahiş edirik, məhkəmə şirkətin məktublar jurnalına baxış keçirsin, o məktubun nə vaxt göndərildiyi aydınlaşdırılsın. Həmçinin məktubu imzalamış şirkətin rəhbəri də dindirilsin, görək ki, hansı əsasla Fuadın telefonuna qanunsuz müdaxilə olunub".
Vəsatətlər təmin olunmayıb.
Ardınca vəkil və Fuad Əhmədli çıxış edib. Müdafiəçi bildirib ki, birinci instansiya məhkəməsində iclas protokolları yazılarkən ifadələr təhrif olunub. Fuad Əhmədlinin vəzifəli şəxs olmadığını və bu səbəbdən də Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə verilən ittihamın əsassız olduğunu deyən vəkil bu cinayət işinin siyasi motivli olduğunu vurğulayıb:
"Fuad Əhmədli ilə şirkət arasında bağlanmış müqavilədə də yazılıb ki, onun işi operator kimi, müştərilərin suallarına cavab verməkdən ibarət olub. Konstitusiya Məhkəməsinin qərarında da aydın yazılıb ki, kimlər vəzifəli şəxs hesab oluna bilər. Fuadın istifadəsində məxfi məlumatların əldə olunmasına imkan verən avadanlıq olmayıb, yalnız ümumi kompüter olub. İki nəfərin ad-soyadını kiməsə deməkdən ötrü adama dörd il iş veriblər. Zərərçəkmiş kimi tanınan Samir Xəlilov özü satış meneceridir, internetdə telefon nömrəsini paylaşıb. Fuada ittiham verilib ki, onun ad-soyadını deməklə ziyan vurmusan. Absurddur".
Fuad Əhmədli birinci instansiya məhkəməsinin iclas protokollarında şəxsən onun özünün ifadəsinin də təhrif olunduğunu söyləyib. Gənc fəal da "Azerfon" rəhbərliyinin əvvəlcədən onunla bağlı DTX-ya məktub göndərməsinə inanmır:
"Onlar mənim həbsimdən bir neçə ay sonra evimizə məktub göndərib yazıblar ki, müqaviləmə xitam verilib. Çünki sentyabrda müqaviləm başa çatıb, iki ay keçsə də, uzadılmayıb. Ona görə də müqaviləyə xitam verilib. Yəni məni işimdə hansısa nöqsana görə çıxartdıqlarını yazmayıblar. Əvvəla, mənim istifadəmdə hansısa məxfi məlumatlar olmayıb ki, onu kiməsə ötürüm də. İkincisi, əgər "Azerfon" şirkəti müştərilərlə bağlı məlumatların yayılmasına belə həssas yanaşırsa, o zaman niyə 3-5 aylıq işçilər cəlb edib, bütün bazanı onların istifadəsinə verir? Mövsümi işçilərin niyə cəlb olunduğu da bəllidir".
Qısa müşavirədən sonra hakimlər kollegiyası apellyasiya şikayətinin təmin olunmadığını və hökmün qüvvədə saxlandığını açıqlayıb.
Vəkil Əsabəli Mustafayev AzadlıqRadiosu-na bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: "Reallığı nəzərə alaraq, bilirik ki, Ali Məhkəmə də hökmü dəyişməyəcək. Amma bu işi Avropa Məhkəməsinə çıxarmaq üçün yerli instansiyaları keçməyə məcburuq".
Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi "Azerfon" şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin, iddia olunur ki, Fuad Əhmədlinin həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-lə bağlı materiallar olan disklər, kitablar tapılıb.
F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona 4 il həbs cəzası verilib.
F.Əhmədli və AXCP ittihamı rədd edir, həbsi siyasi sifariş sayırlar.
Hazırda, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen ötən il Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılır. İlahiyyatçının özü bu ittihamı böhtan sayır.
AXCP hesab edir ki, F.Əhmədlini Fethullah Gülen işinə bağlamaqla Azərbaycan hökuməti bir tərəfdən Türkiyə hakimiyyətinə saxta yollarla yarınmaq, digər tərəfdən də öz siyasi rəqiblərini şərləmək niyyəti güdür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabah Pərviz Həşimlinin məhkəməsidir

    Sabah Pərviz Həşimlinin məhkəməsidir ...

    23-12-2014, 23:09

  • 
  • Keçmiş MTN əməkdaşının şikayəti təmin edilmədi

    Keçmiş MTN əməkdaşının şikayəti təmin edilmədi ...

    28-03-2016, 14:46

  • 
  • Jurnalistin ölümündə təqsirləndirilən futbolçu Cavid Hüseynov azadlığa buraxılıb

    Jurnalistin ölümündə təqsirləndirilən futbolçu ...

    12-10-2016, 20:33

  • 
  • "Metroda bomba var" deyən adam güzəşt etmədilər

    "Metroda bomba var" deyən adam güzəşt ...

    24-06-2017, 11:38

  • 
  • Əli Kərimlinin qayını dövlətdən 69 min manat istəyir

    Əli Kərimlinin qayını dövlətdən 69 min manat ...

    19-11-2013, 15:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu