Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, dələduzluqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinin əməkdaşlarının əməliyyatı zamanı dəstə üzvləri Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf və İbadulla Əlimuxatrov qardaşları saxlanılıblar.
İlkin dindirilmə zamanı məlum olub ki, dəstənin başçısı əvvəllər məhkum olunmuş Yasamal rayon sakini 18 yaşlı Hikmət İsgəndərov Əli Bədəlov və Fuad Süleymanova qarşı bıçaqla hədələməklə soyğunçuluq edib.
Dəstə üzvləri dindirilmə zamanı Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Bundan başqa onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq edərək götürüblər. Saxlanılan
Hikmət İsgəndərovun telefonuna baxış keçirərkən onun cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Hikmət İsgəndərov 9 il, Qafar Bağırbəyov 10 il, Rauf Əlimuxtarov 1 il 3 ay, İbadulla Əlimuxatrov isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?