Gömrükdə vətəndaşın daxili orqanında heroin və metamfetamin aşkar olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Qasımov Nicat Fariz oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibbi müayinə nəticəsində Qasımov Nicat Fariz oğlunun daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 41,844 qram təşkil edən narkotik vasitə - heroin və 1 ədəd bükümdə olmaqla, xalis çəkisi 2,332 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?