GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » 5 yaşlı oğlunu öldürən anadan ŞOK açıqlamalar: "Fərid çabalasa da..."

5 yaşlı oğlunu öldürən anadan ŞOK açıqlamalar: "Fərid çabalasa da..."

Tarix: 27-08-2017, 09:00 Bölmə :Kirminal Baxış: 336
5 yaşlı oğlunu öldürən anadan ŞOK açıqlamalar: "Fərid çabalasa da..."


5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadının cinayət əməli barədə məlumat vermişdik.

gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətli törətməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi hakim Novruz Kərimovun sədrliyi ilə davam etdirilir.

1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda dini təriqətlərdən birinin üzvü olub. O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Araşdırma zamanı məlub okib ki, uşağın anası xristian yönümlü "Üzüm bağı" təriqətinin üzvü imiş.

Sonuncu məhkəmə prosesində hadisənin təfərrüatı haqda ətraflı ifadə verməyən N.Qulubəyovanın həbs edilən zaman istintaqa dedikləri məlum olub.

Əldə etdiyimiz məlumata görə, Qulubəyova törətdiyi əməli və qoşulduğu dini cərəyanla bağlılığını ətraflı şəkildə danışıb.
Əvvəlcə qeyd edək ki, istintaqla müəyyən edilib ki, Nazilə Qulubəyova əziyyət çəkdiyi imperativ xarakterli görmə və eşitmə hallüsinasiyaları növündə ruhi xəstəliyi ilə əlaqədar anlaqsız vəziyyətdə olaraq azyaşlı oğlu Fərid Qulibəyovu bədənindən ehtimal etdiyi pislikləri çıxartmaq niyyəti ilə onun əllərini arxadan ağ rəngli uşaq poliveri ilə, ayaqlarını isə köynəklə tutaraq tənəffüs yollarını əllə qapadıb. Yaranmış mexaniki asfiksiya nəticəsində köməksiz vəziyyətdə olan azyaşlı hadisə zamanı dünyasını dəyişib.

İstintaq zamanı Nazilə Qulubəyova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Məhkəmədə isə, niyə görə həbs edilməsindən xəbərsiz olduğunu demişdi. O, qeyri-ixtiyari hərəkətlər edirdi.

N.Qulubəyova istintaqdakı ifadəsində göstərib ki, həyat yoldaşı və oğlu ilə bir yerdə yaşayıb. Həyat yoldaşı Heydər Əliyev adına hava limanında işləyib, özü isə evdar qadın olub.

Həyat yoldaşı ilə münasibətləri əvvəllər yaxşı olsa da son illər qayanası Nataliyaya görə aralarında münasibətlər pozulub. Onun sözlərinə görə, əri ilə problemlər yaşayarkən o, anasının tərəfini tuturmuş.

N.Qulubəyova bildirib ki, tez-tez aralarında mübahisə olsa da, əri heç vaxt onu vurmayıb və korluq çəkmələrinə qoymayıb.

O, dinə marağı haqda da istintaqın suallarını cavablandırıb.

Qulubəyova ifadəsində gənc yaşlarında dinə maraq göstərdiyini, sosial şəbəklərdə dini təriqətlərlə maraqlandığını, videoçarxlara baxdığını, əvvəl İslam dininə maraq göstərsə də, sonradan İsa peyğəmbərin təriqəti ilə maraqlanmağa başladığını deyib.

O, əri Rüfət Qulubəyovun dostu Eminin arvadı Sima ilə görüşdükdən sonra bu dinə marağının yarandığını bildirib.

"Dedi ki, gəl səni özümlə bir yığıncağa aparım. Orada insanlar bir yerə toplaşır, İsa peyğəmbərə sitayiş edir, rahatçılıq tapırmışlar. Əvvəlcə istədim gedəm, amma Rüstəm qoymadı. Sonra sosial şəbəkədə video-çarxa baxdım. Sonra qərara gəldim ki, o yığıncaqda iştirak edim. 2016-cı ilin 9 oktyabrında səhər saatlarında Sima ilə bilrlikdə onun avtomobili ilə Gənclik metrostansiyası yaxınlığında yerləşən bir ofisə gətdik. Yığıncaqda 30 nəfərə yaxın insan var idi. Oraya yığılanların mahnı oxuduqlarını və İsa peyğəmbəri çağırdıqlarını gördüm".

Onun sözlərinə görə rəfiqəsi Simagilin oxuduğunu görüb özü də həmin sözləri təkrar etməyə başlayıb.

"İsa peyğəmbərin işıqlı simasını gördüm. Titrəməyə başladım. Sima dedi ki, narahat olma, səni İsa seçdi, ona görə belə hala düşdün. Hiss etdim ki, İsa peyğəmbərin mənə deyəcək sözü var. Həmin sözü həm Eminə, həm də oradakı şəxslərə çatdırmalıyam. Eminə dedim ki, İsanın sənə sözü var, o isə mənə qulaq asmadı”.

Qulubəyova əlavə edib ki, həmin ofisdə ona bir şüşə çaxıra bənzər maye və çörək veriblər və deyiblər ki, bu İsanın qanıdır. O, da həmin mayeni içib. Bundan sonra daha da titrəməyə başlayıb.

"Bir nəfər əlində kisə oradakılardan pul yığırdı. Mən də kisəyə pul atdım. Pulu niyə yığdıqlarını bilmirdim. Təxminən günorta saatlarında yığıncaqdan çıxıb evə gəldim. Orada iştirak etməyimdən ərimin xəbəri oldu. Bir daha oraya getməyi mənə qadağan etdi. Evdə internetdə Bibliyaya qulaq asırdım. Qulağıma səslər gəlirdi. İsa mənə dünyanı dəyişmək və pislikləri məhv etmək istədiyini deyirdi. Bununla bağlı Simaya və onun bacısına da dedim. Onlar “biz də İsanı görmüşük, yaxınlarda dünya dəyişəcək" deyirdilər. Həmin gündən sonra mütəmadi olaraq qulağıma səslər gəlirdi. Bu səslər mənə “Kitabı oxu” əmri verirdi. Kitabı oxuduqca İsa peyğəmbərin şeytanları öldürdüyünü görürdüm. Hadisə baş verən gün səhər tezdən yuxudan oyandım. Həyat yoldaşım sübh tezdən işə getdi. Oğlum isə xəstə olduğu üçün bağçaya getməmişdi. Təxminən saat 18 radələrində kitab oxuyarkən İsa peyğəmbəri gördüm. Mənə dedi ki, oğlunun ağzına ağ rəngli köynəklə tut ki, içərisində olan pisliklər çıxsın. Həmçinin uşağın əlini və ayaqlarını ağ rəngli köynəklə bağlamağımı əmr etdi. Onun dediklərini etdim. Əllərini və ayaqlarını "sviter"lə bağladım. Fərid çabalasa da İsa dedi ki, ağzını buraxma, qoy içərisində olan pisliklər tam çıxsın. Mən də uşağın çabalamasına baxmayaraq ağzından möhkəm tutdum, bir əlimlə isə telefonda dualar oxudum. Uşağın halının pisləşdiyini hiss edirdim, amma İsa uşağı buraxmağıma icazə vermirdi. Fəridə baxdıqca onun simasında şeytan görürdüm. İsa deyirdi ki, sən oxu, mən onu geri qaytaracam.

Təxminən 20 dəqiqə uşağın ağzını tutduqdan sonra onun öldüyünü gördüm. Tez Simaya və Tahirəyə uşağın ölməsiylə bağlı mesaj yazdım. Onlar “darıxma, ölməyib, İsa onu geri qaytaracaq” dedilər. İsa isə deyirdi ki, fikrini yayındırma, ona görə də evin qapısı döyülsə də açmırdım. Daha sonra mənə dedi ki, uşağın əlini-qolunu bağladığı paltarları qara torbaya qoy, balkonda gizlət. Mən də onun dediklərini yerinə yetirdim. Uşağın oyuncaqlarını da balkonda gizlətdim. Bir qədər sonra qapı açıldı, içəri polis əməkdaşları, həyat yoldaşım girdi. Mən uşağı öldürmək istəmirdim, təsir altına düşmüşdüm. Özümü çox pis hiss etdim. İsa mənə dedi ki, uşağı boğ, onun canından pisliklər çıxsın. Heç vaxt psixi xəstəliyim olmayıb, xəstəxanada müalicə almamışam. Hadisə zamanı oğlundan və özündən başqa evdə heç kim olmayıb"- deyə N.Qulubəyova dəhşətli cinayətin təfərrüatlarını danışarkən deyib./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 5 yaşlı oğlunu öldürən qadın məhkəmədə ifadədən imtina edib

    5 yaşlı oğlunu öldürən qadın məhkəmədə ifadədən ...

    21-08-2017, 11:25

  • 
  • "İsa peyğəmbəri əvvəllər görmüşdüm" – azyaşlı oğlunu boğan ana danışdı

    "İsa peyğəmbəri əvvəllər görmüşdüm" – ...

    21-08-2017, 12:58

  • 
  • Dini cərəyana qoşulan qadın ŞOK açıqlamalar verdi - 5 yaşlı oğlunu niyə öldürüb?

    Dini cərəyana qoşulan qadın ŞOK açıqlamalar verdi ...

    21-08-2017, 12:50

  • 
  • Qadın “şər ruh”u qovmaq üçün oğlunu boğub

    Qadın “şər ruh”u qovmaq üçün oğlunu boğub ...

    13-10-2016, 23:15

  • 
  • Bakıda 84 yaşlı kişini öldürən dəstə üzvlərinə HÖKM OXUNDU

    Bakıda 84 yaşlı kişini öldürən dəstə üzvlərinə ...

    31-05-2017, 21:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu