Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Lənkəran şəhər təşkilatının sədrinin evinə oğru girib.
Hadisə avqustun 28-də gecə saatlarında rayonun Sütəmurdov kəndində baş verib. Belə ki, KXCP-nın Lənkəran şəhər təşkilatının sədri Azad Şəfiyevin evinə oğru girib. Evə girən naməlum şəxs A.Şəfiyevin həyat yoldaşını itələyib və o, yıxılaraq başı döşəməyə dəyib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. A.Şəfiyevin həyat yoldaşına ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırmalara başlanılıb./report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?