Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin qərb bölgəsi üzrə müşaviri, partiya Ali Məclisinin üzvü Əli Abdullayev dünyasının dəyişib.
Bu barədə "GÜNDƏM XƏBƏR.az" saytına KXCP Gədəbəy rayon şöbəsinin sədri Ceyhun Səfərov məlumat verib. Onun sözlərinə görə, Ə. Abdullayev gecə saatlarında qəflətən vəfat edib: “Əli Abdullayev milli azadlıq hərəkatının ilk günlərindən hərəkata qoşulmuş, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan insanlardan biri olub. Biz bunu partiyamıza və demokratik qüvvələrə ağır bir itki kimi qiymətləndiririk”.
X. Teyyublu qeyd edib ki, KXCP rəhbərliyi Gədəbəy rayonunda mərhumun yas mərasiminə qatılacaq.
Sorğu
Yeni dizaynımız necədir?