Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müavini, Nərimanov rayon bələdiyyəsi üzvlüyünə namizəd Xəzər Teyyublunun avtomobilini təxminən ysrım saat bundan öncə yaşadığı binanın qarşısında naməlum şəxslər sındıraraq yararsız hala salıblar. Məlumatı Moderator.az-a Xəzər Teyyublunun özü məlumat verib. Onun bildirdiyinə görə bu barədə 102 xidmətinə zəng vurub və hadisə yerinə operativ qrupun gəlişini gözləyirlər. X. Teyyublu bildirdi ki, bu, ona qarşı qisasçılıq və terror xəbərdarlığıdır və əlində əksər seçki məntəqəsində qalib gəlməsini sübut edən bülleten var və onun qalibiyyətini həzm edə bilməyənlər çox güman ki, belə bir təxribat törədiblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?