Rusiyada azərbaycanlıların toy vaxtı bahalı maşınlarla atışması toy iştirakçılarını qorxuya salıb.
Hadisə Ural əyalətində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, azərbaycanlılar toyda dava salıblar, daha sonra silahlar işə düşüb. Toy iştirakçıları əvvəlcə atəşfəşanlıq olduğunu düşünüblər. Məlumata görə, ”Porshe Cayenne” avtomobillərinə minən azərbaycanlılar atəş aça-aça toyun keçirildiyi yerdən sürətlə uzaqlaşıblar. Hadisə ilə bağlı hələlik əlavə məlumat verilmir. Həmin şəxslərin polis tərəfindən axtarıldığı bildirilir./baku.ws
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?