GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » 15 manatlıq pivə içib, 5 manat “şot” verən şəxsi dostları niyə öldürüb?- “Vurmayın, öləcək”

15 manatlıq pivə içib, 5 manat “şot” verən şəxsi dostları niyə öldürüb?- “Vurmayın, öləcək”

Tarix: 4-09-2017, 09:25 Bölmə :Kirminal Baxış: 352
15 manatlıq pivə içib, 5 manat “şot” verən şəxsi dostları niyə öldürüb?- “Vurmayın, öləcək”


4 nəfər dost birlikdə içki içiblər. Amma hesabı ödəmək lazım olanda aralarında mübahisə yaranıb. Mübahisə onlardan birinin ölümünə üçünün isə həbsə düşməsinə səbəb olub. Həbs edilən üç dostdan ikisi qətldə və quldurluqda, biri isə yalnız quldurluqda təqsirli bilinir.

Qətl hadisəsinin təfərrüatları…

İttihama görə, 6 sentyabr 2015-ci il tarixdə, saat 22 radələrində 4 dost- Nizami İmayılov, Vüsal Qədiyev, Vüsal Mirzəyev və Xanlar Nadirov “Avtomobil Yollarının Ekologiyası” MMC-nin yaxınlığındakı kafelərdən birində pivə içiblər.

Hər biri 12-15 bakal içdikdən sonra hesabı ödəmək vaxtı çatanda mübahisələri düşüb. Belə ki, hər biri 15 manat ödəməli olduğu halda Xanlar Nadirov 5 manat verib.

Onlar gecə saat 3 radələrində kafedən çıxaraq Sulutəpə qəsəbəsi ərazisində yol kənarı ilə getməyə başlayıblar. Vüqar Qədiyev digər iki şəxsə təklif edib ki, Xanlar Nadirovun pulunu zorla əlindən alsınlar.

Onlar razılşaraq X.Nadirovu meşəlik- tinglik sahəyə salıblar. Ona əvvəlcə sillə, yumruq və təpiklə zərbələr vurublar. Sonra isə armaturla başına bir neçə zərbə endiriblər. Həmçinin əynindəki köynəyini və şalvarını da zorla dartıb cıraraq əynindən çıxarıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2017-ci il tarixli hökmü ilə 1982-ci il təvəllüdlü Nizami İsmayılov quldurluqda təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum edilib.

Vüsal Qədiyev və Vüsal Mirzəyev qətldə və quldurluqda təqsirli bilinib hərəsi 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həbs edilmiş 3 nəfərdən biri olan Nizami İsmayılov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb. O, işinə apellyasiya qaydasında yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

N.İsmayılovun vəkili şikayəti bununla əsaslandırıb ki, istər ibtidai istintaq, istərsə də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin verdikləri ifadələrdə Nizami İsmayılovun qabaqcadan əlbir olaraq qrup şəklində quldurluq etməsi faktı öz təsdiqini tapmır.

Müdafiəçi bildirib ki, Nizami İsmayılov təqsirləndirilən digər şəxs Vüsal Qədiyevlə mərhum Xanlar Nadirov arasında kafedə mübahisə baş verərkən barışdırıcı mövqe tutub: “Müdafiə etdiyim şəxs Xanlar Nadirovun ödəmədiyi 10 manatı cibindən verib ki, mübahisə yaranmasın. Daha sonra Xanlar Nadirovun döyüldüyünü görərkən onları aralaşdırmağa çalışıb. Nizami zərərcəkmiş şəxsə yardım məqsədilə cırılmış paltarlarını dəyişmək üçün kirayədə qaldığı evə paltar dalınca gedib. Nizami gəncdir, himayəsində iki azyaşlı uşağı var. Əvvəl məhkumluğu olmayıb”.

Cinayət işi materiallarından və həbs edilən digər şəxslərin ifadələrindən məlum olub ki, V.Qədiyev mərhumu vuran zaman N.İsmayılov onu itələyib, dəmir parçası ilə onu döyməsinə mane olub. “Vurmayın öləcək” deyərək tərəfləri sakitləşdirməyə çalışıb. O da məlum olub ki, N.İsmayılov mərhumu xəstəxanaya aparmağı təklif edib, bunun üçün də evə gedərək yeni paltarlar gətirib. Ancaq hadisə yerinə qayıdanda artıq Vüsal ilə Vüqar Xanlara ağır xəsarətlər yetirərək onu qətlə yetirdiklərini görüb.

Bu zaman V.Qədiyev Nizami İsmayılovu hədələyərək hadisə barədə heç kimə məlumat verməməyi deyib. N.İsmayılov da qorxduğu üçün polisə xəbər verməyib.

Məhkəmə kollegiyası qeyd olunanlara araşdırdıqdan sonra belə qənaətə gəlib ki, Nizami İsmayılovun niyyəti zərərçəkmiş şəxsi öldürmək olmayıb. Onun qətl törətmək kimi məqsədinin olmasını təsdiq edən heç bir sübut cinayət işinin materiallarında aşkar edilməyib.

Apellyasiya məhkəməsi prokurorun da vəsatətini müzakirə edib. Məhkəmə qənaətə gəlib ki, N.İsmayılovun qətl törətmək kimi niyyəti olmayıb və birinci instansiya məhkəməsinin qərarı doğrudur. Bu səbəbdən də prokurorun N.İsmayılovun da qətldə iştirak etməsi ilə bağlı verdiyi vəsatət əsassız sayılaraq rədd edilib.

Məhkəmənin qərarına əsasən N.İsmayılova Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham sübuta yetirilmədiyi üçün ona bu maddə üzrə bəraət verilib. Quldurluq əməlinə görə verilən 11 illik həbs cəzası isə 10 ilə endirilib.|musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 10 manata görə 25 yaşlı oğlan öldürüldü

    10 manata görə 25 yaşlı oğlan öldürüldü ...

    27-09-2015, 16:16

  • 
  • Hoteldə cinayət törədənlərin apelyasiya məhkəməsi başladı

    Hoteldə cinayət törədənlərin apelyasiya məhkəməsi ...

    16-04-2015, 12:19

  • 
  • İş adamının 16 yaşlı oğlunu öldürdülər

    İş adamının 16 yaşlı oğlunu öldürdülər ...

    10-07-2015, 13:03

  • 
  • "Xanlar" istirahət mərkəzində intihar - Cinayət işi başlandı

    "Xanlar" istirahət mərkəzində intihar - ...

    10-08-2017, 12:23

  • 
  • Kamran Ağayevlə Vüqar Nadirov paytaxt klubunda oynayacaqlar

    Kamran Ağayevlə Vüqar Nadirov paytaxt klubunda ...

    2-01-2016, 19:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu