Sosial şəbəkələrdə Azərbaycandan olan İŞİD terrorçusunun fotosu yayılmışdı. Həmin foto terrorçuluğu təbliğ edən və “NorthCaucasus” kimi tanınan bloqer tərəfindən internetdə yerləşdirilmişdi. Görüntüyə əsasən şahin İŞİD terrorçusunun əlindəki tapançanı çıxarmağa çalışır.
Həmin İŞİD-çinin kimliyi məlum deyildi, ilkin versiyaya görə fotodakı şəxsin özbək olduğu təxmin edilirdi. Lakin daha sonra dəqiqləşmişdi ki, bu terrorçu azərbaycanlıdır.
Məlumatda deyilir ki, qeyd olunan şəxs İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşmüş, “Abu Cihad” ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Eldəniz Lazım oğludur. O, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Həmçinin məlum olub ki, Eldəniz Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?