Sentyabrın 11-də gecə saatlarında Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda öldürülən Azərbaycan vətəndaşı Elçin Məmmədovun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
42 yaşlı E. Məmmədov şəhərin Vaxtanq Qorqasali küçəsində yerləşən “Maspindzelo” restoranının yaxınlığında güllələnib. O, 2015-ci ilin fevralında Moskvada edilmiş soyğuna görə federal axtarışda idi. Üç güllə yarası alan Məmmədovun cəsədi ağ “Toyota Land Cruiser”də tapılıb. Tapançadan açılan atəşin izləri avtomobilin hər iki tərəfində aşkar edilib. Bu, hücum edənlərin iki nəfər olduğu versiyasını irəli sürməyə imkan verir. Cinayətlə bağlı hələ heç kim saxlanmayıb. Müəyyən edilib ki, Məmmədov Gürcüstana iki gün əvvəl gəlib. Məlumata görə, E.Məmmədov restoranda İlham Haciyev adlı şəxslə və “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) bir neçə yaxın adamı ilə yemək yeyib. Şahidlərin sözlərinə görə, Elşənin yemək yoldaşları qəhvə içdiyi vaxt o, gözlənilmədən yerindən qalxıb maşınına gedib və həmin an atəş səsləri eşidilib. Qeyd edilir ki, mərhum "Rafiq Masallinski" kimi tanınan kriminal avtoritet Rafiq Eyvazov üzərində alçaldıcı divanın təşkilatçısıdır. O, Nadir Səlifovun ən amansız “cəllad”larından biri idi. Rafiqi məhz Elşən restorana görüşə çağıraraq onun üzərində açıq məhkəmə təşkil edib. Elşən Rafiqin sol qulağını kəsərək hadisəni videolentə alıb.
Alçaldılmış Masallinski özünün qan düşmənlərindən qisas almağa and içib. Ehtimal ki, Elşən onun ilk qurbanıdır və qurbanların siyahısında başqaları da olacaq. Məlum olur ki, Rafiq Məmmədovun olduğu yer haqqında qabaqcadan bilirdi və Gürcüstana ezamiyyət üçün qətlin etibarlı icraçısını şəxsən axtarırdı. Şayiələrə görə, Elşənin “başı” üçün 500 min dollar məbləğində ağlasığmaz mükafat müəyyən edilmişdi. Operativ məlumatlara görə, 39 yaşlı Moskva sahibkarı Elşən Məmmədovun qətlinin maliyyə sponsorudur. Bu şəxsin “Fut Siti”nin əsas icarədarlarından biri olan Zaur Əhmədov olduğu bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?