gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil təxminən 20-25 yaşında olan Mübariz Məmmədov adlı şəxsi vuraraq hadisə yerindən qaçıb.
Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda yol-nəqliyyat qəzasını törədən sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?