Bakıda kirayə yaşadığı mənzildə arvadı ilə intim münasibətdə olan şəxsin başını kəsən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 9-a təyin edilib. İttihama görə, bu ilin aprelində Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial İsmayılovu qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq yarası aşkarlanıb və boğazının kəsildiyi məlum olub. Müəyyən edilib ki, İlkin Əhmədov uzun müddətdir Fail İsmayılovun evində kirayədə yaşayıb. Fail İsmayılov İlkin Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, hadisə baş verən günü səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən isə İlkin Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə, onların arasında dava düşüb və İlkin Əhmədov Fail İsmayılovu bıçaqlayıb, sonra da başını kəsib. İlkin Əhmədov cinayəti törədəndən sonra polisə təslim olub.
Sorğu
Yeni dizaynımız necədir?