Rusiyanın Saratov şəhərində azərbaycanlı iş adamı qətlə yetirilib.
Muzdlu qatil tikinti şirkətinin direktoru Ceyhun Cəfərovun ürəyinə atəş açıb. Hadisə axşam saatlarında baş verib.
Qətl iş adamının yaşadığı ərazidə törədilib. Killer Cəfərovu evinin yanında gözləyib. İş adamı avtomobilindən çıxıb darvazaya yaxınlaşanda qatil atəş açıb. Ceyhun Səfərov yerindəcə keçinib. Hazırda qatilin axtarışları davam edir.
Ceyhun Səfərov "Vozrojdenie-KDM" adlı tikinti şirkətinin sahibi olub./ölkə.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?