GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Lotu Qulinin qayıdışı: Kriminal aləmi nələr gözləyir? - FOTO

Lotu Qulinin qayıdışı: Kriminal aləmi nələr gözləyir? - FOTO

Tarix: 27-10-2017, 18:24 Bölmə :Kirminal Baxış: 337
Lotu Qulinin qayıdışı: Kriminal aləmi nələr gözləyir? - FOTO


Quli İstanbuldadır. İçəridə olarkən ona biət edən, müttəfiqi olanlar da artıq yanına axışır.

gundemxeber.az lent.az-a istinadla xəbər verir ki, bu sırada ən azı Rafət Əlibayramlinski və hazırda Avstriyada yaşayan Saşa Kuşneri göstərmək olar.
Telefonla təbrik zəngləri isə ara vermir. Keçmiş SSRİ-nin hər yerindən, Avropadan, ABŞ-dan gələn zənglərdə 45 yaşlı qanuni oğruya təbriklər çatdırılır.
Əslində, tərəfdarları Qulinin azad ediləcəyini hələ avqust ayından gözləyirdilər. Məhz avqustdan başlayaraq, onlar günləri saymağa başladılar. Düzdür, bu barədə Quliyə yaxın olduqca sıx dairə məlumatlıydı. Məsələn, qardaşı Namiq Bakinski. Amma oktyabrın 24-də Qaradağ məhkəməsindən yayılan xəbər açıq səmada şimşək effekti verdi. Nəinki Azərbaycan mediası, Rusiya KİV-i belə, bu hadisəyə geniş yer ayırdı.
Quli çaplı və özü də uzun müddət həbsdə olan şəxslərin azad edilməsi oğru aləmində sevinclə qarşılanır. "Yaponçik" azad ediləndə də belə olmuşdu, "Şakro Molodoy" İspaniya türməsini tərk edəndə də. Amma bir məsələ var: "Yaponçik" nə qədər populyar və klassik oğru olsa da, geniş maddi imkanları yox idi, "Şakro"da isə hər ikisi vardı, amma bəxtsiz idi, azadlığa çıxıb Moskvaya yerləşib, xaç atası "Ded Xasan"ın yerini tutmamış... yenidən həbs edildi.
Bu gün Qulidə bunların hamısından var. Və onlarla müqayisədə bir üstünlüyə də malikdir. Cavandır: vur-tut 45 yaş.
Həbsxana təcrübəsinə və yaşadığı oğru həyatına görə, Quli yeni tip avtoritetlərdəndir. Onun hansısa briqadası yox, az qala transmilli korporasiyası var. Bir ucu Türkiyədən tutmuş, Rusiyanın Uzaq Şərqinədək. Rusiyada Rövşənin ölümündən sonra müxtəlif milli mütəşəkkil cinayətkar dəstələr tərəfindən diskriminasiyaya məruz qalan azərbaycanlılar üçün Qulinin azadlığa çıxması göydəndüşmə oldu. Artıq azərbaycanlı kriminalitet, sözsüz, Qulini böyük qardaş kimi qəbul edib, ona biət edəcək. Düzdür, Rövşən Lənkəranskinin tərəfdarları hələ də öz mövqelərini qoruyub saxlayıblar. Məsələn, onun yeznəsi Zaur Əhmədov hələ də Quliylə müharibə vəziyyətindədir.
Quli həbsdən çıxan gün - təsadüfdürmü? - Rusiyanın Sankt-Peterburq şəhərində Rövşən Lənkəranskinin dəstəsinin üzvləri olan Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanov saxlanılıblar. Həmin adamlar Lotu Qulinin yaxın ətrafına aid olan Elşən Məmmədovun qətlində günahkar bilinir.
Elşən Məmmədov - hansı ki, Quli həbsdən çıxan gün onun qəbrini ziyarət edib. Elşən Qulinin ən yaxın adamlarından biri olub. O, bu il sentyabrın 12-də Tiflisin mərkəzində "Toyota Land Cruiser" markalı avtomobilində güllələnib.
Saxlanılanlardan Emin Əhmədov isə Zaur Əhmədovun doğma qardaşıdır. Rövşən Lənkəranskinin Türkiyədə öldürülməsindən sonra onun "imperiya"sı faktiki olaraq, Zaur Əhmədov tərəfindən idarə edilir.
Zaur Əhmədov həm də "Lotu Quli"nin adamlarına edilən sui-qəsdlərin əsas təşkilatçısı sayılır.
***
Bu gün əksər azərbaycanlı qanuni oğrular Qulinin tərəfindədir. Xüsusilə Vaqif Bakinski. Hazırda Moskvada yaşayan Vaqif Rusiya paytaxtındakı əksər bazarlara nəzarət edir. Onun indiyədək Quliylə heç bir problemi olmayıb. Əksinə, tərəflər bir-birinə hörmətlə yanaşıblar. Aldığımız məlumata görə, Vaqif Bakinski də hazırda İstanbuldadır. Tərəflərin görüşü və apardıqları söhbət böyük planda gələcəyə hesablanmış bir çox mətləblərə də aydınlıq gətirə bilər.
Təkcə Vaqif deyil, Qulinin klanına daxil ola biləcək xeyli nüfuzlu qanuni oğru var. Bu sıraya qardaşı Namiqdən başqa, Puxlıy, Kuşner, Nika, Qoça, Matsi, Merab Pipiya kimi oğruların adını çəkmək olar.
***
Və təbrik zənglərindən sonra Qulinin müharibəyə başlayacağını da proqnozlaşdırmaq çətin deyil. Hələ həbsdəykən Quli Rusiyanın əksər regionlarına öz desantını göndərmişdi.
Hələ bir il əvvəl Rusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar ona bitə ediblər. O vaxt Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edirdi ki, Lotu Quli həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Canıyevə ("Rövşən Lənkəranski") məxsus olmuş yeri tutub. "Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər", - nəşr iddia edirdi.
Nəşr "Lənkəranski"nin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında "Quli"nin müraciətinin yayıldığını xəbər verib. Sitat: "...Həmçinin Sizi "Rövşən Lənkəranski" ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda sizinlə vidalaşmaq istəyirəm və sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı".
Məktubda adı keçən Hacı və Rüfət isə "Lənkəranski"nin yaxın adamlarıdır. Söhbət "Hacı Beyləqanski" kimi tanınan Hacı Talıbxanlıdan və "Rüfət Gəncinski" kimi tanınan Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması barədə dəqiq bilgi yoxdur. "Hacı Beyləqanski" isə azadlıqdadır...
Rusiya kriminallarının Ural uğrunda savaşı yeni xəbər deyil. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər - "Ded Xasan" ləqəbli "qanuni oğru" Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. 2014-cü ilin dekabrınadək Yekaterinburqun "smotryayuşi"si "Ded Xasan"ın qohumu Timur Mirzoyev idi.
Amma söhbət təkcə Yekaterinburqdan getmir axı? Təkcə Moskvada dağıstanlı və çeçen kriminal klanından bezən azərbaycanlıların işlədiyi onlarla bazar var ki, bu gün Quliyə xilaskar kimi baxırlar. Qulinin belə tezliklə azadlığa çıxacağını gözləməyən etnik "klan"lar da şokdadırlar: çünki hər şeyi yenidən bölüşdürməyin vaxtı çatıb. Məsələn, Lənkəranskinin yaxın müttəfiqi Şeyx Həmzət belə Moskvadakı adamlarına xəbər göndərib ki, Quliylə savaşa çıxmağın mənası yoxdur. Bir sözlə, nə istəyirsə, verin. Eləcə də, o biriləri...
***
Quli isə hələ təbrikləri qəbul edir. İtaliyanın məşhur geyim brendlərindən geyinib-bəzənmiş formada, yaxınlarının əhatəsində. Amma təbriklərin bitən vaxtı da olacaq. Bax, onda kimlər bitəcək... Bunu zaman göstərəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lotu Qulinin adamları qanuni oğrunu belə sındırdılar – Şok video

    Lotu Qulinin adamları qanuni oğrunu belə ...

    5-12-2014, 12:57

  • 
  • Lotu Quli İstanbulda - İLK FOTOŞƏKİL

    Lotu Quli İstanbulda - İLK FOTOŞƏKİL ...

    26-10-2017, 12:26

  • 
  • Həbsdən çıxan Lotu Quli kimin məzarını ziyarət etdi?

    Həbsdən çıxan Lotu Quli kimin məzarını ziyarət ...

    25-10-2017, 11:04

  • 
  • Azərbaycanlı biznesmeni diri-diri basdıran Lotu Qulinin adamları axtarılır - FOTO

    Azərbaycanlı biznesmeni diri-diri basdıran Lotu ...

    7-07-2017, 14:58

  • 
  • Azərbaycanlı "qanuni oğru" güllələndi - "Lotu Quli" göndəribmiş

    Azərbaycanlı "qanuni oğru" güllələndi - ...

    25-08-2017, 11:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu