GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Azərbaycanda məhbusların sayı kifayət qədər çoxdur - Vəkil Cavad Cavadov

Azərbaycanda məhbusların sayı kifayət qədər çoxdur - Vəkil Cavad Cavadov

Tarix: 1-11-2017, 13:15 Bölmə :Kirminal Baxış: 447
Azərbaycanda məhbusların sayı kifayət qədər çoxdur - Vəkil Cavad Cavadov


Vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda məhbusların sayı, həbs qərarlarının artması və Avropa təcrübəsindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda hər yüz min nəfərə neçə məhbus düşür? Bu rəqəmi Avropa ölkələri ilə müqayisə etmək mümkündürmü?
Cavad Cavadov: Məhbusların sayı üzrə indeks ölkədəki məhbusların sayına görə yox, əhalinin hər yüz min məfərinə düşən məhbusların sayına görə götürülür. 2016-ci ilin Azərbaycan üçün statistik rəqəmləri dəqiq bəllidir. 2016-cı ildə ölkədə 23 311 nəfər məhbus olub. Azərbaycanda əhalinin hər yüz min nəfərinə 239 məhbus düşüb. Bu rəqəmlərlə biz məhbus sayının çoxluğuna görə Avropada 5-ci, dünyada 12-ci yerdəyik. Ümumən baxanda bizdə məhbusların sayı kifayət qədər çoxdur. Bu rəqəmlər yüksəkdir. Müqayisə üçün deyək ki, Avropada birinci beşlikdəyik və 3-cü yerdə Türkiyədir. Türkiyə 2016-cı ildə 3-cü yeri tutub. Orada kütləvi həbslər 2016-cı ilin iyunundakı məlum hadisələrlə bağlı olub.
Amerikanın Səsi: Son illərdə cəzaların yüngülləşdirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb. Bu səndələr məhbsuların sayının azalmasına kömək edirmi?
Cavad Cavadov: Azərbaycanda ümumi məhkum olunan şəxslərə azadlıqdan məhrumetmə növündə təyin olunan cəzaların artma tendensiyası müşahidə olunur. 1993-cü ildən başlayaraq bu tendensiya artan xətt üzrə davam edir. Bu kifayət qədər narahetdidici rəqəmdir. Bu rəqəmləri müqayisə etmişəm. 1993-cü ildə ümumi məhkum olunan şəxslərin 38 faizi azadlıqdan məhrumetmə cəzasına məhkum olunubsa, artıq 2016-cı ildə bu rəqəm 57 faizə çatıb. Bu onunla bağlıdır ki, əvvəllər alternativ cəzalar daha çox təyin olunurdu və azadlığın məhdudlaşdırılması növündə cəza mövcud idi. Sonradan o cəza növü Cinayət Məcəlləsindən çıxarıldı. Bu yaxınlarda parlamentə təqdim olunmuş Cinayət Məcəlləsinin 300 maddəsinə olan dəyişikliklər artıq bundan sonra, deməyə əsas verir ki, məhbusların sayında ciddi azalma müşahidə olunacaq. Çünki orada alternativ cəzaların tətbiqi və yüngülləşdirmələr nəzərdə tutulur. Amma, ümumən Azərbaycanda bu vəziyyətin yaranmasına səbəb həm də odur ki, məhkəməyə qədər təyin olunan həbs qətimkan tədbirləri geniş vüsət alıb. Yəni məhkəmələr alternativ qəti imkan tədbiri təyin etmirlər. Misal üçün, girov qətimkan tədbiri Azərbaycanda ümumiyyətlə tətbiq olunmur. Bu da istintaq, məhkmə dövründə istintaq təcridxanalarının həddindən artıq dolması ilə nəticələnir. Müqayisə üçün deyək ki, qonşu Gürcüstanda Mixeil Saakaşvili 2004-cü ildə hakimiyyətə gəldikdən sonra Amerikada Anqlo-Sakson sistemində mövcud olan müdafiə tərəfi ilə ittiham tərəfinin anlaşma sistemini ilk olaraq qanunvericilik aktlarından biri kimi təqdim etdi. Bundan sonra azadlıqdan məhrumetmə növündə cəzalar deyil, ona alternativ cəzaların tətbiqi geniş vüsət aldı. Beləliklə, Gürcüstanda məhbusların sayı azalmağa başladı. Bizdə də yeni qanunvericilik aktı (Milli Məclis oktyabrın 31-də Cinayət Məcəlləsinə 300-dək dəyişikliyi nəzərdə tutan qanun qəbul edib-red) qüvvəyə minəndən sonra şərtsiz olaraq məhbusların sayı azalacaq. Son illər bizdə tendensiya cinayət qanunvericiliyinin sərtləşməsinə doğru gedirdi. Bu, axırıncı dəyişiklik də təbii ki, kifayət deyil. Amma, yenə də sevindirici bir haldır ki, cinayət qanunvericiliyinin humanistləşdirilməsinə doğru müəyyən addım atılıb.
Amerikanın Səsi: Dediyiniz kimi, bir sıra ölkələrdə ittiham tərəfi ilə günahlandırılan tərəf arasında məhkəməyədək razılaşma olur. Bununla da bir çox işlərin məhkəmə perspektivinə son qoyulur. Bu sahədə Azərbaycanda vəziyyət necədir?
Cavad Cavadov: Bizdə təəssüf ki, belə bir institut yoxdur. Amma, hətta qonşu Gürcüstanı qoyaq bir yana, Rusiyada belə bu sistem var. Orada da ittiham tərəfi ilə müdafiə tərəfinin anlaşması institutu mövcuddur. Təbii ki, bizdə də bu institut tətbiq olunsa idi, yaxşı olardı. Amma, həmin institutun tətbiq olunması real olmalıdır, yəni həqiqi olmalıdır. Bunun üçün ilk növbədə ədalətli hüquq mühafizə sistemi qurulmalıdır və bu, görünüş üçün olmamalıdır. Həqiqi siyasi iradə tələb edən bir islahatdır. Bunun üçün ciddi siyasi iradə tələb olunur. Bu Azərbaycanda həqiqətdə real olaraq tətbiq olunsa çox yaxşı hal olardı.
Amerikanın Səsi: Azərbaycanda cəzaların yüngülləşdirilməsi, həbs qərarlarının azaldılması üçün hansı nəzəri və hüquqi addımlar atılmalıdır?
Cavad Cavadov: İlk növbədə Cinayət Məcəlləsində cinayət hesab olunan bir çox maddələr dekriminallaşdırılmalıdır. Misal üçün, son illər biz gözləyirdik böhtan və təhqirə görə cinayət Cinayət Məcəlləsindən çıxarılacaq, ancaq buna əlavə tövsifedici əlamətlər əlavə olundu, cəzalar daha da sərtləşdirildi. Yaxud, dini ayinlərin icrası ilə bağlı 168.1 maddəsi əlavə olundu. Təbii ki, bu maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır. Bundan əlavə, vaxtından əvvəl həbsdən azad olunma institutu sadələşdirilməlidir. Bütün bunlardan əlavə, ilk növbədə əsassız cinayət məsuliyyətinə cəlb etmə halları aradan qaldırılmalıdır.
Amerikanın Səsi: Bəs Andlılar Məhkəməsi?
Cavad Cavadov: Andlılar Məhkəməsi Azərbaycanda mövcud olub. Lakin, Cinayət Prossesual Məcəllə 2000-ci ildə qəbul olunanda onun qüvvəsi dayandırılıb. Qonşu ölkələrdə Andlılar Məhkəməsi mövcuddur. Hətta, yaxşı örnək olmayan Rusiyada bu institut var, işləyir. Amma, Azərbaycan reallığında bu institutu inkişaf etdirmək istəmədilər. Yenə də bu institut həqiqi ədalət mühakiməsi çərçivəsində mövcud olsa kifayət qədər işlək bir qurum olar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan kriminal ölkələrinin arasında 3-cü oldu - Siyahı

    Azərbaycan kriminal ölkələrinin arasında 3-cü ...

    5-08-2013, 11:54

  • 
  • Azərbaycanda 100 min əhaliyə 238 dustaq düşür

    Azərbaycanda 100 min əhaliyə 238 dustaq düşür ...

    10-03-2016, 00:16

  • 
  • SDİ siyasi məhbusların siyahısını elan edəcək

    SDİ siyasi məhbusların siyahısını elan edəcək ...

    21-01-2014, 17:24

  • 
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12

  • 
  • Azərbaycan həbsxanalarında nə qədər vərəm var?

    Azərbaycan həbsxanalarında nə qədər vərəm var? ...

    20-01-2014, 13:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (41)
İyul 2025 (585)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu