Sülh və Demokratiya İnstitutu Azərbaycanda olan vicdan məhbusları və siyasi məhbusların tam siyahısını elan edəcək.
İnstitutun rəhbəri Leyla Yunus “Media forum” saytına deyib ki, tədbir yanvarın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakıdakı mərkəzi qərargahında keçiriləcək: “Təqdimatda Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü siyasi məhbus öhdəliyinin yerinə yetirilməsi vəziyyəti, AŞPA-nın Azərbaycan üzrə məruzəçilərinin işi, vicdan məhbuslarının məhkəmə dinləmələrinin gedişi və planlaşdırılmış hökmlər haqqında məlumat veriləcək”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?