GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » AZADLIQ OĞURLUĞUNA İKİ MANATLIQ ŞƏRİKLİK…

AZADLIQ OĞURLUĞUNA İKİ MANATLIQ ŞƏRİKLİK…

Tarix: 4-11-2017, 11:13 Bölmə :Kirminal Baxış: 341
AZADLIQ OĞURLUĞUNA İKİ MANATLIQ ŞƏRİKLİK…


Hardasa, bir ilin söhbətidir, ilahiyyatçı Taleh Bağırzadə ilə birlikdə hakim qarşısına çıxarılanlardan biri dövlət hesabına təyin olunmuş vəkilin üzünə tüpürüb, onu zaldan qovmuşdu. “Belə vəkil olar?! Bu adam “banditizm”dəkilərə qoşulub məni döyürdü”, – müdafiəçiyə qarşı aqressiyasının səbəbini belə izah eləmişdi…

Hökumətin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər haqda oxuyanda bu hadisə yadıma düşdü. İndiki vəziyyətdə cinayət işlərində, Ali Məhkəmədə və Konstitusiya Məhkəməsində vətəndaşarın hüquqlarını yalnız Vəkillər Kollegiyasının üzvləri müdafiə edə bilər. Innən belə bütün məhkəmə işlərində, elə mülki mübahisələrdə də ancaq həmin adamlar iştirak edəcəklər. Başqa sözlə, müəyyən səbəblərdən bu qurumdan kənarda qalan hüquqşünaslar məhkəmələrdə hüquq müdafiəsi ilə məşğul ola bilməsinlər.

Nə deyirlər? Deyirlər ki, nümayəndəlik institutunun ləğvini nəzərdə tutan bu dəyişikliklər ölkədə hüquqi xidmətin (yardımın) keyfiyyətini artırmaq cəhdidir. Amma məqsəd hələ xeyli uzaqdan şübhəli görünür.

Əvvəla, Azərbaycan əhali ilə vəkillərin (bizim qanunvericiliyə görə, yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər “vəkil” adlanır) say nisbəti baxımından dünyada sonuncu yerlərdən birini tutur. Avropa Şurasına üzv olan 47 ölkə arasında ən axırıncıdır – 936 nəfər. Bu da o deməkdir ki, təxminən 10 milyon əhalisi olan ölkədə hər 11 min 100 nəfərə bir vəkil düşür. Həmin 936 nəfərin də cəmi 200-ə qədəri bölgələrdədi, qalanı Bakıda.

Təkcə 2015-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 260 mindən çox işə baxılıb. Bunun da təxminən 249 mini mülki işlər, vətəndaşlarla dövlət orqanları arasındakı mübahisələrə dair inzibati-iqtisadi məhkəmələr olub. Əksər hallarda da vətəndaşların hüquqlarını Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar qoruyub.

Vəkillər Kollegiyasının üzvünün vətəndaşın hüququnu bu qurumdan kənarda qalmış hüquqşünasdan daha keyfiyyətli müdafiə edəcəyi arqumenti isə heç bir məntiqə söykənmir. Şəxsi qərəzə görə Vəkillər Kollegiyasının qapıları üzünə qapadılmış İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin peşəkarlığına necə şübhə eləmək olar axı?! Bu adamları ölkədən xaricdə də məmləkətin ən yaxşı hüquqçularından biri kimi sayıb-seçirlər, amma bizimkilər deyir ki, yox, onlar məhkəmələrdə işə çıxa bilməzlər…

Azərbaycanın məhkəmə-hüquq sisteminə yaxından-uzaqdan bələd olanlar “paykovoy vəkil” ifadəsini eşitməmiş olmazlar. Adətən, dövlət hesabına işə çıxıb, hüquqlarını müdafiə etməli olduğu vətəndaşın haqqını müstəntiqə, prokurora “satan” vəkillərə belə deyirlər. Belə vəkillərdən, daha doğrusu, onların imzalarından ilkin həbslərdə, etiraf xarakterli, ya da başqasının əleyhinə ifadə almaq üçün aparılan dindirmələrdə daha çox istifadə olunur. Çünki qanun bir sıra hallarda vətəndaşın məhz vəkilin iştirakı ilə dindirilməsini, məhkəmə qarşısına çıxarılmasını vacib buyurur. Vəkil var ki, Nəsimi Rayon Məhkəməsində bir ay ərzində həbs qərarı verilən 51 işdən 49-na çıxıb…

Vəkillər Kollegiyasının bir üzvü var, Oqtay Əliyev. 5 saylı hüquq məsləhətxanasının vəkilidir. Hazırda həbsdə olan gənc ictimai-siyasi fəalların bir çoxunun həbs qərarında bu ada rast gəlirik. Heydər Əliyevin heykəlinə şüar yazandan sonra həbs olunmuş Qiyas İbrahimovdan tutmuş, NİDA-çı aktivist Elgiz Qəhrəman, AXCP üzvü Murad Ədilov, Taleh Bağırzadənin tərəfdarı, dindar fəal Əhsən Nuruzadəyə qədər… Bu şəxs onlara dövlət hesabına vəkil təyin olunub, gənc fəallardan narkotik tapılması haqda protokollara imza atıb.

Bilirsiniz dövlət hesabına göstərilən hüquqi yardımın hər saatı üçün nə qədər məbləğ müəyyənləşdirilib?! İki manat! “Ucuz ətin şorbası olmaz” məsəlini yada salıb beləcə də deyirlər: “İki manatlıq vəkil işinin keyfiyyəti başqa necə olmalıydı ki?!”

Tamahkar həkim pula görə insanın həyatına, sağlamlığına, pula həris müəllim şagirdin, tələbənin gələcəyinə balta çaldığı kimi, bəzən “vəkillər” də insanların azadlıq haqqının oğurlanmasında ikinci dərəcəli iştirakçılar olurlar. Azadlığı iki manata oğurlayırlar…

Vəkilin üzünə tüpürən adamdan yazmışdım, adı Cabbardı. Ona 19 il iş kəsdilər, indi Qobustan həbsxanasındadır. Məhkəməsində də günahsız olduğunu deyə-deyə qaldı…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahə müvəkkili və mülki geyimlilər vəkilin mənzilinə niyə gəliblər?

    Sahə müvəkkili və mülki geyimlilər vəkilin ...

    8-02-2017, 01:45

  • 
  • Vəkil: “Göydən düşmüşəm?”

    Vəkil: “Göydən düşmüşəm?” ...

    3-06-2016, 15:30

  • 
  • “Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə edə bilmirlər”

    “Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə ...

    17-02-2016, 14:23

  • 
  • Müttəhimlər cəzalandırılacaqları halda İsmayıllıda kütləvi aksiyaların olacağını deyirlər

    Müttəhimlər cəzalandırılacaqları halda ...

    3-03-2014, 15:35

  • 
  • Vəkil Elçin Namazov həbs olunub

    Vəkil Elçin Namazov həbs olunub ...

    26-11-2014, 01:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (32)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu