GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Adı "Lotu Quli"yə qarşı sui-qəsddə hallanan şəxs: “Lənkəranski də müştərim olub, qardaşı da”

Adı "Lotu Quli"yə qarşı sui-qəsddə hallanan şəxs: “Lənkəranski də müştərim olub, qardaşı da”

Tarix: 6-11-2017, 15:32 Bölmə :Kirminal Baxış: 349
Adı "Lotu Quli"yə qarşı sui-qəsddə hallanan şəxs: “Lənkəranski də müştərim olub, qardaşı da”


İstanbul polisi tərəfindən kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsdin qarşısını almaq məqsədi ilə həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə birlikdə 11 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin "Avalon Car" şirkətinin sahibi Orhan Ergin də var. O, hüquq-mühafizə orqanları tərəfindən ifadəsi aldındıqdan sonra sərbəst buraxılıb.

Milli.Az bildirir ki, yenicag.az-a müsahibə verən Orhan Ergin məlum hadisədən danışmaqla yanaşı, İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin adamı olmadığını bildirib.

- Mənim heç bir problemim ola bilməz. Çünki artıq heç bir günahım olmadığı sübuta yetirildiyi üçün sərbəst buraxılmışam. Mən müştərilərimi zirehli avtomobillərlə təmin edən şirkətin rəhbəriyəm. Bu sahədə tanınan iş adamıyam. Azərbaycan mətbuatında yazılan xəbərləri çox yanlışdır.

Əslində nə baş vermişdi?

- Nadir Səlifovun adını ilk dəfə polisdən eşitdim. Daha əvvəl onunla bağlı hər hansı bir məlumatım olmayıb. Öyrəndim ki, ləqəbi "Lotu Quli"dir. Mən yalnız Namiq Canıyevi tanıyıram. Lənkəranski də rəhmətə getməmişdən öncə müştərim olub. İstanbula gələndə və gedəndə şirkətimdən maşın kirayələyiblər. Ancaq Rövşən Lənkəranskinin "mafia babası" olduğunu bilmirdim. Azərbaycanda da mənim şirkətim haqqında məlumatı olanlar var. Hər kəs bilir ki, mən zirehli avtomobillər icarəyə verirəm. Gələndə sifariş mənə verilir və mən də öz növbəmdə onları maşın, sürücü ilə təmin edirəm.

Namiq Canıyev də əvvəldən müştəriniz olub?

- Bəli. 2016-cı ilin 16 avqustundan bu yana müştərimdir.

Bəs, Rövşənin özü nə vaxtdan müştəriniz olub?

- Lənkəranski qətlə yetiriləndə də mənim müştərim idi. Şəxsən özünü tanımırdım. Mənim məlumatım xaricində ya adamları, ya da yaxınları tərəfindən 3 il məndən maşın icarəyə götürüblər. Şəxsən Rövşən Canıyevin özü ilə görüşməsəm də, mənim kim olduğumu bilirlər. Məni Azərbaycanda da tanıyırlar. Bu səbəbdən hər zaman məndən uzaq durmağa çalışıblar.

- Bəs, "Şirinlər" qruplaşmasının ticarət mərkəzindəki məlum hadisəsində niyə adınız hallandı?

- Biz, sadəcə, ora axşam yeməyi üçün getmişdik. Zəng gəldi ki, sizi yeməyə dəvət edirik. Oraya gedəndə bizi qarşıladılar və 4 masa arxada oturduq. Çünki ora sürücü kimi getmişdim. Yeməkdən sonra aşağı düşəndə bizi polis saxladı.

Sizi yeməyə kim dəvət etmişdi? Lənkəranskinin qardaşı, yoxsa...

- Biz Lənkəranskinin qardaşı ilə otelin lobbisində dayanmışdıq. Sonra zəng gəldi getdik. Yeməkdən sonra da ayaqyoluna getdim. Birdən tualetin qapısı döyüldü ki, biz gedirik, maşını hazırla. Dərhal aşağı maşına tərəf düşəndə məni polis gördü. Elə həmin vaxt hamımızı tutdular.

Polisə ifadənizdə nə dediniz?

- Əvvəlcə 10 saat polis bölməsində qaldıq. Daha sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinə aparıldıq. Hamımızın ayrı-ayrı ifadəsi alındı. Həmin vaxt da səhhətimdə problem yarandı. Xəstəxanaya çatdırıldım, sən demə, infarkt keçirtmək üzrə idim. Həyəcandan, hadisənin atmosferindən stressə düşmüşdüm. Ürəyimdə də problem var. Buna görə də həkim yenidən "içəri" girməyimə icazə vermədi. Bundan sonra 7 saat araşdırıldım, ifadəmi aldılar. Keçmişimə nəzər yetirdilər, nələr etmişəm, hansı işləri görmüşəm deyə, araşdırdılar. Ardınca prokuror qarşısına çıxdım. O da "bunlarla nə işin var?" deyə, sorğu-sual etdi. Gördülər ki, heç bir günahım yoxdur, təmizəm. Nəticədə sərbəst buraxıldım. Sizdə "Yanlış anlama" adlı film çəkildi. Onun qala gecəsində gələn sənətçilərə də mənim maşınlarım xidmət göstərib. Mənim işim, sadəcə, bundan ibarətdir. Azərbaycan mətbuatında yazılanların heç biri həqiqətə uyğun deyil. Mən heç kimin adamı deyiləm. "Lotu Quli"ni də tanımıram. Nə yaxşılığını görmüşəm, nə də pisliyini. Tanımadığım adam haqqında da düşmən kimi danışmaq iş adamı olaraq mənə yaraşmaz.

Açıqlamalarınızdan belə başa düşülür ki, kriminal aləmdən uzaqsınız...

- Bəli. Onsuz da, mən dövlətlə çalışan biriyəm. Nazirlərə, dövlət məmurlarına, şirkət rəhbərlərinə xidmət edirik. Türkiyədə bu işi görən tək şirkət sahibiyəm.

Lənkəranskinin qardaşı İstanbula nə üçün gəldiyini sizə dedimi?

- Xeyr. Əvvəlcə səhhətində problem olduğunu, birinci gün, yəni sabah isə həkim müayinəsinə gedəcəyini demişdi. Amma heç bir söhbətlərinə mən dəvət olunmamışam. Yemək zamanı belə ayrı oturmuşam. Şirkət rəhbəri olsam da, sürücülük də etmişəm. Kiminsə saatı xarab olubsa, balıq yemək üçün yaxşı yer axtarırsa, o işlərə baxıram. Çünki bu, mənim işimdir. Yoxsa məndən nə silah istəyən olub, nə də burada mafiyanın olub-olmadığını soruşan. Çünki bu tip işlər bizlik deyil. Bura o niyyətlə gələn insanlar olsa belə, bu işləri bizdən soruşmazlar.

Niyə?

- Mən böyük, siyasi şəxsləri, hətta Angel Merkelə belə maşınımla xidmət göstərdiyimə görə, telefonlarım dinlənilir. Çünki zirehli maşınla xidmət göstərmək dünyada ən çətin işlərdəndir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rövşən Lənkəranskinin İstanbulda həbs edilən qardaşı polkovnik Namiq Canıyev kimdir? + FOTO

    Rövşən Lənkəranskinin İstanbulda həbs edilən ...

    3-11-2017, 13:06

  • 
  • İstanbul polisi Rövşən Lənkəranskinin qardaşına sui-qəsd ittihamı verəcək

    İstanbul polisi Rövşən Lənkəranskinin qardaşına ...

    5-11-2017, 11:16

  • 
  • Rövşənin “Lotu Quli”dən qisasını Şeyx Həmzət alacaq

    Rövşənin “Lotu Quli”dən qisasını Şeyx Həmzət ...

    5-11-2017, 13:41

  • 
  • Lotu Quliyə sui-qəsd cəhdi: İstanbul polisi xüsusi əməliyyat keçirdi - FOTOLAR

    Lotu Quliyə sui-qəsd cəhdi: İstanbul polisi ...

    3-11-2017, 12:27

  • 
  • Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev İstanbulda həbsdən buraxıldı

    Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev ...

    3-11-2017, 18:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu