Binəqədi rayonunda qəzaya düşən nənə xəstəxanada dünyasını dəyişib.
Hadisə ötən axşam Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.
Mebel daşıyan yük avtomobili nənə və nəvəni vurub. 1937-ci il təvəllüdlü Binnətova Zəhra Əmir qızı və 2004-cü il təvəllüdlü Qarayaeva Elvira Rövşən qızı təcili tibbi yardım maşını ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq Z.Binnətovanın həyatını xilas etmək mümkün olmayıb. 2004-cü il təvəllüdlü E. Qarayevanın isə vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?