Moskvada xüsusi xidmət orqanları Yeni İl ərəfəsində “qanuni oğrular” Nadir Səlifov (Lotu Quli) və Əziz Batukayevin qruplaşmaları arasında nüfuz dairələrinin bölüşdürülməsinə dair keçirilən “sxodka”nın qarşısını alıblar.
İlkin məlumata əsasən, kriminal avtoritetlər arasında üç Moskva bazarına nəzarət üstündə mübahisə yaranıb. Nəşr qeyd edir ki, Lotu Quli Moskvada 700 silahlı adamını ayağa qaldırıb, daha sonra isə qarşı tərəfdən kiçik bir görüş keçirmək barədə təklif alıb. Lakin sonda görüşə müdaxilə edən güc strukturları “sxodka”nın qarşısını alıblar.
İndi hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Əziz Batukayevi çətinliklər gözləyir, belə ki o, ən azı “qanuni oğru” olmasını təsdiqləməlidir.
Sorğu
Yeni dizaynımız necədir?