GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Hakimlərlə və prokurorlar necə şantaj edildi?

Hakimlərlə və prokurorlar necə şantaj edildi?

Tarix: 8-01-2018, 12:06 Bölmə :Kirminal Baxış: 331
Hakimlərlə və prokurorlar necə şantaj edildi?


Zərərçəkmişin ucuz “aksiya”lar keçirməsi prokurorluq və məhkəmələri hərəkətə gətirdi

20 Yanvar əlili qardaşının şərlənərək həbs edildiyini deyir

Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunub. İstintaq orqanının gəldiyi nəticəyə görə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib.

Rəsmi məlumata görə, Sənan İsmayılov dərhal xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəli Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi “Vinçester” markalı tüfəng, 5 ədəd patron və 1 ədəd giliz götürülüb.

Zərərçəkmişdən maraqlı aksiyalar

Vəli Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib və onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə dövlət ittihamçısının təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsi barədə təklif etsə də, məhkəmə hökm qəbul edərkən Vəli Əhmədovun əməlini Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsüf edib, ona 5 il cəza təyin edib.

Bu hökm qəbul ediləndən bir neçə gün sonra məhkəmənin qarşısında maraqlı bir etiraz aksiyası keçirilmişdi. Zərərçəkmiş Sənan İsmayılov məhkəmənin qarşısında çılpaq vəziyyətdə səs-küy salaraq məhkəmə hökmünə etirazını bildirmişdi.

Sənan İsmayılov bundan əvvəl də maraqlı aksiya ilə özünü gündəmə gətirə bilib. O, hələ cinayət işinin ibtidai istintaqı aparılan zaman Bakı şəhər Prokurorluğunun qarşısında ağaca çıxaraq etiraz aksiyası kçeirməyə cəhd göstərmişdi. Bu hərəkətləri ilə o, istintaq zamanı Vəli Əhmədovun cəzasının ağırlaşdırılmasına nail ola bilmişdi.

“Dükanımızı ələ keçirmək istəyib”

Bu günlərdə redaksiyamıza müraciət edən Vəli Əhmədovun qardaşı, 1-ci qrup 20 Yanvar əlili Əli Əhmədov bildirib ki, qardaşının işinə ibtidai istintaq zamanı qərəzli yanaışılıb. Onun sözlərinə görə, 1-ci qrup 20 Yanvar əlili olduğu üçün dövlət tərəfindən ona Qaraçuxur qəsəbəsində ticarət obyekti verilib: “Qardaşım Vəli Əhmədov mənə məxsus dükanda satıcı kimi işləyib. Əvvəllər heç bir qonşu ilə mübahisəsi və ya ədavəti olmayıb. Əksinə, qonşularla yaxşı münasibət saxlamağa çalışıb. Bu barədə qonşular xasiyyətnamə yazaraq imza etməklə aidiyyatı orqanlara vermək üçün bizə veriblər. Dükanın yaxınlığında yaşayan Sənan İsmayılov ilə də əvvəllər münasibəti yaxşı olub. Lakin, son vaxtlar Sənan İsmayılov həmin mağazanı əlinə keçirmək məqsədilə dəfələrlə yersiz hərəkətlər etməyə başlayıb. O, hər gün dükanın yaxınlığında heç yerdə işləməyən kişiləri yığaraq nərd oynayıb və bu da dükana gələn qadın alıcıların narazılığına səbəb olub”.

“Qardaşımın ünvanına nalayiq ifadələr işlədib”

Şikayətçi bildirib ki, qardaşı Sənandan bir neçə dəfə oradan nərd stolunu yığışdırmasını xahiş edib: “Lakin o, bu xahişlərə məhəl qoymayıb. Qardaşım dükandan çıxan kağız tullantılarını adətən oradan 6-7 metr aralıda yerləşən boş sahəyə yığaraq yandırırdı. 20 oktyabr 2015-ci il tarixində, saat 07 radələrində qardaşım işlədiyi dükana gəlib. Həmişə olduğu kimi boş kartonları yandırması üçün qeyd etdiyim sahəyə yığıb. Saat 09 radələrində görüb ki, Sənan həmin boş sahədə bel ilə nə işlə isə məşğuldur. Sənan qardaşımdan tələb edib ki, daha orada karton qutuları yandırmasın və qardaşımın cavabını gözləməmiş karton qutularını bel ilə vuraraq dağıdıb. Sonra qardaşımın ünvanına nalayiq ifadələr işldib. Qardaşım Sənana məhəl qoymayaraq dükana qayıdıb. Əvvəlcə söyüşlərə fikir verməməyə çalışıb. Dükana qayıdanda isə hələ də Sənanın onun ünvanına uca səslə nalayiq ifadələr söylədiyini eşidib. Bundan çox əsəbləşərək, dükanımda saxladığım qanuni ov tüfəngini götürərək, onu qorxutmaq istəyib”.

Əli Əhmədov qeyd edib ki, qardaşı mağazada olan silahı götürərək çölə çıxıb, tüfəngin lüləsini aşağı endirib və Sənan dayanan istiqamətə irəliləyib: “Sənan qardaşımın gəldiyini görsə də, yerindən tərpənməyib. Qardaşım bir qədər irəli gedib və təxminən Sənandan 3-4 metr aralıda dayanıb. Bu vaxt Sənan bir qədər irəli gəlib və əlini tüfəngə uzadıb. Qardaşım elə başa düşüb ki, Sənan tüfəngi onun əlindən alıb, onu vurmaq istəyir. Ona görə də Sənanın əli silaha çatmamış onu qorxutmaq məqsədilə bir dəfə atəş açıb. Güllə Sənanın biləyinə dəyib. Bundan sonra Sənan yerə yıxılmadan geriyə doğru dönüb və iti addımlarla oradan gedib. Bunu Sənan İsmayılov ifadəsində və üzləşmə zamanı təsdiq edib”.

“Qardaşımın onu öldürmək niyyəti olmayıb”

Əli Əhmədovun sözlərinə görə, qardaşı Sənan dözülməz hərəkətlərinə son qoyması üçün sırf onu qorxutmaq məqsədilə atəş açıb: “Sənanı öldürmək məqsədi olmayıb. Həmin silahdan qardaşım icazəli olaraq əvvələr ova gedəndə istifadə edib. O sərrast atəş açmaq bacarığına malikdir. Bu hadisə zamanı da ov tüfəngində əlavə 5 güllə olsa da, qardaşım istifadə etməyib, tüfəngin ağzını yerə qoyaraq Sənanın qaçmasını müşayət edib. Qardaşımın ancaq bir güllə işlətməsi bir daha sübut edir ki, onun məqsədi sırf Sənanı qorxutmaq olub. Həm də ki, aşağı ətraf nahiyyəsinə atəşin açılması da bunun təkzibedilməz sübutudur. Qardaşımın məqsədi onu öldürmək olsaydı, o silahda olan bütün güllələri birbaşa onun qurşaqdan yuxarı nahiyyəsinə atəş açardı”.

Zərərçəkmişin şikayətlərinin dəyişməsi səbəbi

Əli Əhmədov bildirib ki, ilk öncə Vəli Əhmədovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərərvurma) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb: “İş üzrə məhkəmə istintağı aparılan zaman Sənan İsmayılova sözün əsil mənasında hakimiyyətin müstəqil qolu olan məhkəməni ələ salmaqla məşğul olub. Hakimin adına müraciət yazaraq, şikayətçi olmadığını bildirib, eyni məzmunlu atası və anası da teleqramma ilə məhkəməyə müraciət ediblər. Sonradan məhkəməyə gələrək şikayətçi olmadıqlarını, qardaşımın cəzasının yüngülləşməsini xahiş ediblər. Bunun müqabilində bizdən əlavə olaraq 5 min manat aktla alıb. Sonraki məhkəmə baxışında məhkəməyə gələrək, şikayətçi olduğunu bildirib. Hakimi çıxılmaz vəziyyətə salaraq, məhkəməni əsassız olaraq uzatmaqla bizdən bacardığı qədər çox pul almaq məqsədində olub. Suraxanı rayon Məhkəməsinin icraatında olan cinayət işi Sənan İsmayılovun kaprizlərinə qurban verilib. Məhkəmədə 5 şahid, 1 təqsirləndirilən və 1 zərərçəkən olmaqla cəmi 7 nəfər şəxsi hakim 1 il 2 aya dindirib və 24 məhkəmə iclası təyin edib. Buna Sənan İsmayılovun gah -barışıram, gah da ki, şikayətçiyəm deməsi səbəb olub”.

Zərərçəkmişin hakimi və prokuroru şantaj etməsi

Əli Əhmədovun sözlərinə görə, Suraxanı rayon Məhkəməsinin hakimi Sənan İsmayılovun şantajları qarşısında acizlik edib, onun vəsatəti əsasında təkrar ekspertiza təyin edib: “Eskpertizanın qərarını əldə etdikdən 2 ay sonra yenidən eskpertiza təyin edilib. Həmin rəydə də az ağır xəsərrət göstərilib. Sonradan guya ekspert rəyində səhvə yol verildiyindən səhvin düzəldilməsi üçün məhkəməni təxirə salaraq, 1 aydan sonra yenidən eskpertiza təyin edilib. Rəy dəyişdirilərək, ağır xəsərət yazılıb. Bundan sonra hakim ağır ittiham verilməsi üçün cinayət işini prokurorluğa qaytarıb. Prokrorluq isə əməli Cinayət Məcəlləsinin 126.1 və 232.1 maddəsinə tövsüf edib, cinayət işini aparan zaman nədənsə, zərərçəkmişin xoşuna gəlməyib və Bakı şəhər Prokurorluğunun önündə ağaca çıxaraq qardaşıma ölümə cəhd maddəsilə cinayət işi başlanmayacağı təqdirdə ağacdan düşməyəciyini bildirib. Bakı şəhər prokuroru İlqar Abbasov isə onun təhdidindən çəkinib, iştimai qaydanı köbud şəkildə pozan Sənan İsmayılovun ağacdan düşməsi üçün onun tələblərini yerinə yetirib və əsassız olaraq qardaşım barəsində ölümə cəhd maddəsilə cinayət işi başlayıb. Məgər əməlin tövsüfü ağaca çıxmaqla müəyyən edilir? Bəs, onda hüququn aliliyi harada qalıb? Bu məntiqlə kim istəsə ki, kiməsə cinayət işi qaldırtdırsın, kimisə ağır maddə ilə ittiham etdirsin, o zaman ağaca çıxmalıdı”.

Pul yığımı və cəzanın ağırlığı

Əli Əhmədov qeyd edib ki, hadisədən sonra bütün qohum-əqrəba yığılaraq zərərçəkmişin müalicəsini və digər xərclərini ödəyib: “Bu günədək müxtəlif bəhanələrlə 28 min manat Sənan İsmayılov bizdən pul alıb. Bunun sübutu kimi 15 yanvar 2016-cı il tarixində zərəçəkmiş notariat qaydada təsdiq edilmiş ərizə yazaraq bildirib ki, Vəli Əhmədov tərəfindən mənə dəyən ziyan tam ödənilib, hazırda ona qarşı heç bir maddi-mənəvi iddiam, tələbim yoxdur və gələcəkdə də bununla bağlı şikayətim olmayacaq”.

Məhkəmə prokurorun ittihamını niyə dəyişdi?

Şikayətçi bildirib ki, bundan sonra cinayət işi Bakı şəhər prokuroru tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsüf edilib və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Hakim Fikrət Qədirbovun sədrlik etdiyi kollegiyanın apardığı istintaq araşdırması zamanı qardaşımın əməlində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin tərkibi olmadığı qənaətinə gəlib, həmin maddəni Cinayət Məcəlləsinin 126.1 və 232.1 maddəsinə tövsüf edib, qardaşım barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə hökm çıxarıb”.

38 min manat tələbi, polisin şikayəti araşdırmaması

Əli Əhmədov bildirib ki, prokuror bundan narazı qalaraq protest verib: “Sənan İsmayılov dəfələrlə mənə məxsus mağazanın ona verilməyəcəyi təqdirdə hətta, mağazanı partladacağı ilə də hədələməkdən çəkinməyib. Məhz, buna görə də, mağazanı bağlamaq zorunda qaldım. Hazırda Sənanın hər hansı bir cinayət törətməməsi üçün mağazanı bağladım, bu səbəbdən də ailəmin maddi durumu çox acınacaqlıdır. Mağazanı bağladığıqdan sonra Sənan bizdən 38 min manat tələb edib. Onun bu hərəkətləri barəsində yazdığım şikayətlərə isə polis bölməsində əhəmiyyət belə verilməyib. Dəfələrlə mən və digər qardaşlarım guya onu öldürməklə hədələdiyimiz barədə polis bölməsinə şikayət ərizəsi yazıb. Araşdırma zamanı onun şikayətində olan fakt təsdiqini tapmayıb. Onun əməlləri belə deməyə əsas verir ki, sözün əsil mənasında ailəmiz Sənan İsmayılovun girovluğundadır”.

Zərərçəkmişin məhkəmənin damında aksiyası

Əli Əhmədov şikayətində həmçinin Bakı Apelyasiya Məhkəməsində qərar elan olunmamışdan qabaq zərərçəkmiş Sənan İsmayılovun hərəkətlərindən yazıb: “28 noyabr 2017-ci il tarixində Sənan İsmayılov Bakı Apelyasiya Məhkəməsinin damına çıxaraq, hakimlər kollegiyasını şantaj edib ki, Vəliyə 15 il cəza verilməli, ailəsindən 38 min manat alınaraq mənə verilməlidir. O, Bakı Ağır Cinayətlərə Məhkəməsinin hakimlərini rüşvət almaqda ittiham edib. 26-cı polis bölməsinin əməkdaşları onu Bakı Apelyasiya Məhkəməsinin damından düşürüb və izahatı alınaraq, material Yasamal rayon prokurorluğuna göndərilib. Bu hal bir daha Sənanın qanunlara meydan sulamasının sübutudur. Ona dəfələrlə vəkil tərəfindən təklif olunub ki, məhkəmədə mülki iddia qaldır, dəymiş ziyanı sübut et və mülki iddian qanunla təqsirləndirilən tərəfindən ödənilsin. O bunu etmək əvəzinə, gah ağaca çıxır, gah da məhkəmə binasının damına”.

Həkimləri də təhqir edib

Əli Əhmədov qeyd edib ki, Sənan İsmayılov dövlətdən istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmir, bunu qonşular arasında hamı bilir: “Onun yaşadığı evin 1000 manatdan çox işıq pulu borcu yaranıb. Bundan sonra o, işıq idarəsinə gedərək, yalandan əlinin aprel döyüşlərində yaralandığını bildirib və borcun hissə-hissə ödənilməsinə möhlət alıb. Bu hal Vətənimizin uğrunda canından keçən şərəfli oğullarımızın ruhuna təhqirdir. O əlini əməliyyat edən həkimlə də dalaşıb. Sənan bizdən əməliyyat adı ilə pul almağı, həkimləri də bu işinə şərik etməyi, pulu da həkimlərlə bölməyi təklif edib. Amma həkim buna razı olmayıb. Bu zaman o, həkimi söyüb,təhqir edib. Dəfələrlə 1000 manatlıq hansısa tanış həkiminə resseptlər yazdırıb və bizdən pul tələb edib. Onun bizi şantaj etdiyinin fərqində olduğumuzdan lazım olduğunu qanunla etmək qərarına gəldik. Qardaşım ağır ürək-damar əməyillatı keçirdi və hazırda ürəyinin damarında 2 stend var. Himayəsində azyaşlı 2 uşağı var. Bu onun 1-ci məhkumluğudur. Ali təhsillidir, Rusiya vətəndaşıdır. Düşünürəm ki, qardaşım əsəbləri sakitləşəndən sonra etdiyi əməldən peşiman olub”.

Cəzanın arıtılması: 10 il

Əli Əhmədovun sözlərinə görə, zərərçəkmişlə təqsirləndirilən qardaşı Vəlinin şəxsiyyətinə diqqət edilərsə, böyük fərq göz qabağındadır: “Zərərçəkmiş Sənan İsmayılov tüfeyli həyat tərzi sürən, 2 dəfə məhkum həyatı yaşamış, nakotok aludəçisidir. Onun belə hərəkətlərinə qanunla son qoyulmaq əvəzinə, hakim tələsik hökm oxumaqla canını onun şantajlarından qurtarmağa çalışıb. Dekabrın 1-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev qardaşımın son sözünü dinləmədən, məhkəmə çıxışı edilmədən qərar qəbul edildi. Qardaşımın cəzası artırılaraq 10 il müddətində azadlıqdan məhrum etmə cəzsı təyin edildi. Bu tam ədalətsizlikdir və prosessual qayda pozuntusudur”.

Şikayətçi qeyd edib ki, dekabrın 21-də qardaşı Vəli Əhmədov məhkəmə prokokolları ilə tanışı olub və bu zaman protokolların saxtalaşdırıldığını görüb: “Qardaşım məhkəmə protokolları ilə tanış olan zaman görüb ki, onun adından çıxış və son söz yazılıb. Guya Vəli məhkəmədə onun apelyasiya şikayətinin təmin edilməsi, zərərçəkmişin və prokurorun protestinin rədd edilməsini istəyib. Guya deyib ki, mən Sənanı öldürmək istəməmişəm, ədalətli hökm çıxarmağınızı xahiş edirəm. Vəli protokola qeyd yazaraq onun adından məhkəmə protokolunda yazılanların yalan olduğunu bildirib.Və göstərib ki, həmin ifadələr protokoldan çıxarılsın”.

Əli Əhmədov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya qaydasında Ali Məhkəməyə şikayət ünvanlayacaqlar.

Aslan
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq məmur öz gözətçisini güllələdi - Sabunçuda

    Sabiq məmur öz gözətçisini güllələdi - Sabunçuda ...

    21-04-2017, 15:25

  • 
  • Bakıda avtomobil atəşə tutuldu

    Bakıda avtomobil atəşə tutuldu ...

    24-01-2017, 12:40

  • 
  • Silahlı insident, iki nəfər güllələndi - ​XAÇMAZDA

    Silahlı insident, iki nəfər güllələndi - ​XAÇMAZDA ...

    4-10-2017, 12:30

  • 
  • Əmisi oğlunu öldürdü, 12 il cəza aldı

    Əmisi oğlunu öldürdü, 12 il cəza aldı ...

    29-09-2016, 16:19

  • 
  • Bakıda silah-sursat alverçisi həbs edildi

    Bakıda silah-sursat alverçisi həbs edildi ...

    28-08-2015, 14:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu