GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Klinikada həkimin maaşı: 180 manat yazılıb, 8 min alıb...

Klinikada həkimin maaşı: 180 manat yazılıb, 8 min alıb...

Tarix: 21-01-2018, 21:09 Bölmə :Kirminal Baxış: 482
Klinikada həkimin maaşı: 180 manat yazılıb, 8 min alıb...


Xalq artisti, balerina və s. titulların sahibi Leyla Şıxlinskayanın rəhbərlik etdiyi, onun adını daşıyan klinikanın göz həkimi Namiq Mustafayev rəsmi sənədlərə görə, klinikadan 180 manat, faktiki isə7-8 min manat maaş alırmış. Virtualaz.org xəbər verir ki, bunu N.Mustafayev özü ötən həftənin cümə günü məhkəmədə təsdiqləyib.

Həkim, Leyla Şıxlinskaya klinikasının 7 nəfər keçmiş işçisinin məhkəməsində ifadə verib. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Müttəhimlər kürsüsündə klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayeva oturublar. Onlar CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilir.

“Əməliyyata görə pulu klinikanın kassasından alırdım...”

Onların barəsində Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət işi qaldırılıb. Şıxlinskaya baş mühasibi və digərlərini klinikanın “qara kassası”ından 800 min manata yaxın vəsaiti mənimsəməkdə ittiham edir. Keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri mənimsəməkdə ittiham edən Şıxlinskaya onların cinayət məsuliyyətinə cəlb olunması ilə kifayətlənmir, 804 min 343 manat da pul tələb edir. Xalq artistinin nümayəndəsi məhkəmədə bu məbləğdə mülki iddia qaldırıb.

Lakin bu cinayət işinin istintaqı zamanı klinikada milyonlarla manat vergidən yayınma da aşkarlanıb və fakt üzrə ayrıca cinayət işi qaldırılıb.

Məhkəmədə şahid kimi ifadə verən Namiq Mustafayev Mərkəzi Neftçilər Xəstəxanasında da işləyir. Həkim deyib ki, əsas iş yeri də elə oradır, “Leyla Şıxlinskaya klinikası” ilə əməkdaşlıq edib. N.Mustafayev ifadəsində deyib ki, özəl klinikada göz əməliyyatları edib. Hər əməliyyata görə pulu bir həftə sonra klinikanın kassasından alıb.

“Hər əməliyyatın öz qiyməti var. Yəni qiymətlər standart deyildi. Məndə əməkhaqqı kartı olmayıb. Amma ayda 7-8 min manat pul almışam”, – göz həkimi ifadəsində belə deyib.

“Əməkhaqqı kartlarında maaş az göstərilirdi”

Təqsirləndirilən şəxslərdən keçmiş baş mühasib Şəhla Abbasovabu şahidlə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, həqiqətən ona dediyi məbləğdə əməkhaqqı verilirdi. Amma rəsmi sənədlərdə həkimin maaşı 180 manat göstərilmişdi. Çünki klinikanın rəhbərinin göstərişi belə olub: “Bizdən kart sisteminə keçməyi tələb etmişdilər. Biz də bütün işçilərin adına əməkhaqqıkartı açmışdıq. Amma orada maaş az göstərilirdi”.

Uşaq cərrahı Pərviz Səmədov, ginekoloq Nuriyyə Qədirova da buna bənzər ifadələr veriblər. Bildiriblər ki, hər əməliyyatın qiyməti, aylar üzrə aldıqları əməkhaqqılar fərqli olub. Onlar aldıqları əməkhaqqının məbləği haqda konkret rəqəm söyləməyiblər. Amma deyiblər ki, onlara vəd edilən məbləği vaxtında alıblar.

O da məlum olub ki, adları çəkilən həkimlərin adına əməkhaqqı kartları çıxarılıb. Amma həmin kartlar həkimlərin özlərinə verilməyib. Onların da rəsmi maaşı 180-200 manat həddində olub.

“Şıxlinskaya açarı verib dedi ki, o otağa daxil olum...”

Məhkəmə prosində klinikanın mühafizə xidmətinin rəhbəri olmuş İlqar Həsənov, IT mütəxəssisi Nuru Nuriyev L.Şıxlinskayanın göstərişi ilə baş mühasibin otağına gizli daxil olmadan, onun kompüterinə müdaxilədən danışıblar.

İ.Həsənov deyib ki, klinikada kompüter sistemilə bağlı işlərə baxan N.Nuriyev günlərin birində işdən sonra gəlib və mühasibin otağına gedib. Onlar da bundan xəbər tutan kimi məsələdən hazırda məhkəmə qarşısında olan mühasibi xəbərdar ediblər. Elə bu xəbərdarlıqdan da iki gün sonra klinika rəhbərliyi İ.Həsənovu mühafizə xidmətinin rəisi vəzifəsindən çıxarıb: “Məni adi mühafizəçi təyin etmək istədilər, razılaşmadım, ərizəmi yazıb işdən çıxdım”.

N.Nuriyev də ifadəsində mühasibin otağına getdiyini təsdiqləyib: “Məndən Leyla xanım xahiş etmişdi ki, sənədləri “kopyalayım”. Həmin vaxt audit yoxlama gəlmişdi. Mən də onun dediyini eləmişəm. Otağın açarını da mənə Leyla xanım vermişdi. Mən məlumatları aparıb ona verdim və bu haqda heç kimə heç nə demədim”. (“Azadlıq” radiosunun materialları əsasında)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şıxliniskaya haqda 8 milyonluq iddia - Vergidən yayınma

    Şıxliniskaya haqda 8 milyonluq iddia - Vergidən ...

    9-01-2018, 13:10

  • 
  • 700 min manatlıq vergidən yayınma ittihamı - Leyla Şıxlinskayanın işçiləri hakim qarşısına çıxarılırlar

    700 min manatlıq vergidən yayınma ittihamı - ...

    14-11-2017, 15:26

  • 
  • Leyla Şıxlinskayanın işçiləri DANIŞDI: "Həkimlər 30 minə yaxın maaş alırdılar"

    Leyla Şıxlinskayanın işçiləri DANIŞDI: ...

    6-01-2018, 15:53

  • 
  • Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma...

    Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: ...

    1-11-2017, 14:28

  • 
  • Leyla Şıxliniskayanın işçiləri özünü günahsız hesab edir- mənimsəmə işi

    Leyla Şıxliniskayanın işçiləri özünü günahsız ...

    24-11-2017, 11:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu