Rusiyada kriminal avtoritetlərin ölkədən qovulmasına başlayıblar.
gundemxeber.az bildirir ki, bu avtoritetlərin deportasiyası haqda qərarı daxili işlər naziri Vladimir Kolokolnikov özü qəbul edib.
Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsindən verilən xəbərə görə, hazırda 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadzenin Gürcüstana, 43 yaşlı Kamçibek Kolbaevin Qırğızıstana göndərilməsinə hazırlıq gedir.
Buna qədər Rusiyadan Gürxüstana Pontiyski ləqəbli Baçuka Paçuliya, Azərbaycana isə Dadaş Bakinski sürgün edilib.
XX əsrin əvvəlindən bu günədək Rusiya ərazisində və postsovet məkanında 5 minə yaxın “qanuni oğru” mövcud olub.
Onların çoxu xarici ölkələrdə, digərləri həbsxanalarda ölüblər.
Etibarlı mənbə bildirib ki, hazırda 432 “qanuni oğru” fəaldır.
Onların 318-i azadlıqda, 31-i istintaq altında, 19-u axtarışdadır.
Kriminal avtoritetlər arasında ən çox Gürcüstan (242 nəfər) vətəndaşlarıdır.
Rusların sayı 51, ermənilər 30, yezidlər 26, abxazlar 10, çeçenlər 8, yəhudilər 7 nəfərdir.
Azərbaycanlı kriminal avtoritetlərin sayının hazırda 16 nəfər olduğu bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?