GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Məhkəmə Qiyas İbrahimov və atasının apellyasiya şikayətini təmin etməyib

Məhkəmə Qiyas İbrahimov və atasının apellyasiya şikayətini təmin etməyib

Tarix: 22-02-2018, 12:52 Bölmə :Kirminal Baxış: 495
Məhkəmə Qiyas İbrahimov və atasının apellyasiya şikayətini təmin etməyib


Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsi keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazdıqdan sonra narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimovun cəzasının artırılması, atası Həsən İbrahimovun islah işlərinə məhkum edilməsi haqında Yasamal rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Prosesə hakim Rizvan Səfərov sədrlik edib.

Qərardan öncə Qiyas və Həsən İbrahimovların vəkili Elçin Sadıqov çıxış edib. Vəkil bildirib ki, İbrahimovlar Qiyasın 10 illik cəzası ilə bağlı apellyasiya şikayətinə baxmış Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramovdan ibarət məhkəmə tərkibinə hörmətsizlikdə suçlanır. Onlara Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham verilsə də, əməllərində bu cinayətin tərkibi yoxdur.

"Qiyas İbrahimovun işi üzrə 30-dan çox məhkəmə iclası keçirilib. Amma heç birində məhkəməyə, hakimlərə hörmətsizlik etməyib. Birinci instansiya məhkəməsi Qiyas və atası haqqında cinayət işi başlanmasına səbəb olmuş məhkəmə iclasının videogörüntüsünə baxdı. Təəssüf ki, oradakı hallar nəzərə alınmadı. Həmin iclasda müdafiə tərəfi olaraq 22 vəsatət qaldırmışdıq, heç biri təmin olunmamışdı. Hətta Qiyasın çıxış etməsinə də imkan verilmədi", vəkil qeyd edib.

İstintaq da, birinci instansiya məhkəməsi də Qiyasın həmin iclasda hakimlərə dediyi "mantiya geyinmiş marionetkalar" ifadəsini təhqir kimi qiymətləndirib.

E.Sadıqov isə deyib ki, bu, təhqir deyil.

"Əvvəla, "marionetka" sözünün mənası başqası tərəfindən idarə olunan deməkdir. Azərbaycan məhkəmə sisteminin müstəqil olmaması, icra hakimiyyətindən asılılığı, hakimlərin təsir altında qərar verməsi bir çox beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb. Həmin hesabatların da çoxuna Azərbaycan hökuməti etiraz etməyib. Məhkəmə bu işdə Həsən İbrahimovun dilindən səslənmiş qarğışı da təhqir hesab edib. Halbuki, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin qərarları var, qarğış təhqir kimi qiymətləndirilə bilməz".

Vəkil çıxışının sonunda bəraətverici əsaslarla ata və oğul İbrahimovlar haqqında cinayət işinə xitam verilməsini istəyib.

H.İbrahimov çıxış etməyib, vəkili ilə razılaşdığını söyləyib. Qiyas özü də çıxışdan imtina edib.

"Bir halda ki, sözün qarşısında maneə olur, onu deməyin nə mənası var. Artıq söz demək istəmirəm", o qeyd edib.

Hakimlər qısa müşavirədən sonra İbrahimovların apellyasiya şikayətinin təmin olunmadığını, Yasamal Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib. Hökmə əsasən, Qiyasın cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.

NİDA Vətəndaş Hərəkatının üzvü Q.İbrahimov digər fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotik ittihamıyla suçlanıblar. Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində "Qul bayramınız mübarək!" yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum ediliblər.

"Amnesty International" təşkilatı Q.İbrahimov və B.Məmmədovu “vicdan məhbusu” elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qiyas İbrahimov və atasına hökm oxunub (Vəkil Elçin Sadıqovun Amerkanın Səsinə müsahibəsi)

    Qiyas İbrahimov və atasına hökm oxunub (Vəkil ...

    18-12-2017, 14:02

  • 
  • Qiyas İbrahimovun anası onun durumundan narahatdır

    Qiyas İbrahimovun anası onun durumundan narahatdır ...

    29-11-2017, 17:37

  • 
  • NİDA-çı və atasının MƏHKƏMƏ PROSESİNDƏN...

    NİDA-çı və atasının MƏHKƏMƏ PROSESİNDƏN... ...

    23-11-2017, 18:50

  • 
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Elnarə Tofiqqızının ölümü ilə bağlı təqsirləndirilən həkim məhkəmə zalında həbs edilib

    Elnarə Tofiqqızının ölümü ilə bağlı ...

    31-08-2015, 18:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu