GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Arif Alışanovun məhkəməsi — Vəsatətlər təmin edilmədi / YENİLƏNİB

Arif Alışanovun məhkəməsi — Vəsatətlər təmin edilmədi / YENİLƏNİB

Tarix: 14-03-2018, 13:01 Bölmə :Kirminal Baxış: 396
Arif Alışanovun məhkəməsi — Vəsatətlər təmin edilmədi / YENİLƏNİB


Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Şücayət Əkbərovun məhkəmə tərkibinə verdiyi vəsatət müzakirə edilib. Vəkillər arasında etirazla bağlı mübahisə yaranıb. Vəkil Nüşabə Ağayeva deyib ki, hakim tərkibinə verilən etiraz əsaslı deyil:

"Çünki hakim Ənvər Seyidov bu tərkibdə deyil, belə olan halda etiraz təmin edilməməlidir".

Şücayət Əkbərovun vəkili Bəxtiyar Hacıyevdə hakim tərkibinə etiraz verib. O bildirib ki, məhkəmənin hazırlıq iclasında işin prokurorluğa qaytarılması barədə vəsatət versələr də, hakimlər tərəfindən vəsatət təmin edilməyib. Vəkil hakim tərkibi Əfqan Hacıyev, Fikrət Qəribov və Rasim Sadıqovun işə baxmasına etiraz verib.

Şücayət Əkbərovun digər vəkilidə hakimlərə etiraz verib. O etirazını belə əsaslandırıb ki, ötən iclasda zərərçəkmiş Arif Alışanovun məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatət versələr də, vəsatət haqsız yerə təmin ediıməyib. Vəkil qeyd edib ki, müdafiə etdikləri Şücayət Əkbərovun xəstə olması ilə bağlı təkrar tibbi ekspertiza təyin edilməsi barədə vəsatət veriblər:

"Lakin bu vəsatətlər də hakimlər tərfindən qəbul edilməyib. Qərarda “Şücayət Əkbərov xəstə deyil, məhkəməyə gəlib-gedə bilər" yazılıb”.
Vəkil etirazın baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini istəyib. Zərərçəkmişlərin nümayəndələri etirazı əsassız hesab ediblər. Onlar etirazın baxılmamış saxlanılmasını istəyiblər. Nümayəndələrdən biri qeyd edib ki, etirazda Arif Alışanovun hakimlə dost olması barədə fakt təqdim etməyiblər: "Buna görə də etiraz əsassızdır".

Şücaət Əkbərov etirazın təmin edilməsini istəyib. Digər təqsirləndirilən şəxslər də etirazla razı olduqlarını deyiblər. Prokuror Fərid Nağıyev bildirib ki, hakimlərdən birinin zərərçəkmişlə münasibətinin olması barədə şübhə yoxdur, müdafiçə əsas qoymayıb. Prokuror etirazın baxılmamış saxlanılmasını istəyib. Hakimlər məhkəmə tərkibinə verilən etirazların baxılmamış saxlanılması barədə qərar qəbul edib.

Daha sonra Bəxtiyar Hacıyev Şücayət Əlbərovun cinayət işi ilə tanış olması üçün məhkəmənin təxirə salınması barədə vəsatət verib. Bildirib ki, müvəkkili latın qrafikasını bilmir, bu səbəbdən işlə tanış olması təmin edilməyib. O, vəkili ilə birlikdə iş materialları ilə tanış olmasına şərait yaradılmasını istəyib. Şücayət Əkbərov işlə tanış olmaq istəyib. Belə ki, Arif Alışanovun mülklərinin işə salınıb-salınmamasını bilmək istəyir. Prokuror prosesin təxirə salınmasına etiraz edib. Yerində müşavirə keçirən hakimlər məhkəmənin təxirə salınmasına əsas görməyiblər. Vəkilin vəsatəti təmin edilməyib.

Şücaət Əkbərovun vəkili Alışanov və yaxınları adına alınan torpaqların alqı-satqı satqısı ilə bağlı 2013-2017-ci il ərzində Şamaxı notariatına sorğu verilməsini istəyib. Məhkəmə bu vəsatəti də təmin etməyib. Vəkil daha sonra Arif Alışanovun 2013 və 2016-ci illərdə əmək haqqı alması barədə maliyyə arayışının alınması üçün müvafiq orqana sorğu göndərilməsini istəyib. "Çünki biz fikirləşirik ki, Arif Alışanovun bu qədər pulu olmayıb. “AzTv” ona ayda 200 min manat maaş verir? Bu pulu hardan əldə etdiyi məlum olmalıdır" - deyə təqsirləndirilən şəxslərdən birinin vəkili çıxışı zamanı deyib.

Təqsirləndirilən Zöhrab Şirinovun vəkili Nüşabə Ağayevanın vəsatəti əsassız hesab edib. Bildirib ki, belə vəsatətlər işin uzadılmasına səbəb olur. Zərərçəkmişin nümayəndələri vəsatəti absurd sayıblar. Prokuror vəsatətin təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra Şücayət Əkbərov qarşı tərəfin suallarını cavablandırıb.

O bildirib ki, Arif Alışanovdan pul almayıb: "Arif Alışanov mənə pul verməyib. O pulu Hacıya verib, alqı-satqını da o, görüb. Mən torpaq sahibləri ilə danışıqlar aparmışam, onları görüşdürmüşəm. Yazırlar ki, Arif Alışanov mənə 37 dəfə pul verib. O mənə heç vaxt pul verməyib. Pulu alan Hacı, satan Hacıdır. Şamaxı rayonunda Hacının iştirakı ilə 250-300 hektar torpaq sahəsi alıb"
Arif Alışanovun nümayəndələri Şücayət Əkbərova onun gəzdiyi qadınlarla bağlı suallar verib. Şücayət Əkbərov Solmaz adlı qadını tanıdığını, həmin qadınlarla yaxın münasibətdə olduğunu deyib.

Prosesdə Şücayət Əkbərovla Arif Alışanovun nümayəndəsi arasında söz mübahisəsi olub. Şücayət Əkbərov deyib ki, bura Arif Alışanov gəlsin, onunla danışım: "Onun nümayəndələrinin suallarına cavab vermirəm. Arif Alışanov bura gəlsin, sözümü üzünə deyim".
Növbəti proses martın 16-da davam edəcək.
***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərovun məhkəmə tərkibinə etiraz verdiyi məlum olub. O, buna səbəb kimi hakim tərkibinin işə obyektiv baxmamasını göstərib. Qeyd edib ki, hakimlər onun vəkillərinin verdiyi əsaslı vəsatətləri təmin etməyib.

"Məhkəmənin hakimləri Əfqan Hacıyev və Ənvər Seyidovun Arif Alışanovla yaxın münasibətləri var. Belə olan halda bu tərkibdə işimə baxıla bilməz" - deyə Şücayət Əkbərov etirazında qeyd edib.

Hazırda proses davam edir.

İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

Sücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.

Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. 2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.

Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.

Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.

Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdan etməyə imkan tapmayıb.

Sücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.
Təqsirləndirilən şəxs 2016-ci ilin yanvarın 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb./ölkə.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib

    Məhkəmə AzTV sədrini öldürməyə cəhddə ...

    14-03-2018, 12:54

  • 
  • ​“ARİF ALIŞANOVLA BAĞLI CİNAYƏT İŞİ QURAMADIR” – AzTV sədrinin tutdurduğu brokerin qızı

    ​“ARİF ALIŞANOVLA BAĞLI CİNAYƏT İŞİ QURAMADIR” – ...

    15-02-2018, 22:57

  • 
  • AzTV rəhəbrinə qarşı sui-qəsd iddiasının şok təfərrüatları: milyonlar uğrunda savaş...

    AzTV rəhəbrinə qarşı sui-qəsd iddiasının şok ...

    22-09-2017, 21:20

  • 
  • Ziya Məmmədovun müşavirini işi yenidən araşdırılacaq

    Ziya Məmmədovun müşavirini işi yenidən ...

    17-01-2017, 17:51

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu