Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
gundemxeber.az axşam.az-a istinadla bildirir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə elan edilib ki, L.Şıxlinskaya məhkəməyə məktub göndərərək işləri ilə əlaqədar olaraq gələ bilməyəcəyini bildirib. Hakim isə bu məktubun qəbul edilməyəcəyini, L.Şıxlinskayanın məhkəmədə iştirak edərək ifadə verməsi və suallara cavab verməsinin təmin edilməsinə görə ona yenidən bildiriş göndəriləcəyini bildirib.
Daha sonra Şıxlinskayanın klinikasında işləyən həkimlər ifadə verərək maaşı hansı formada aldıqlarından danışıblar.
Proses aprelin 13-də davam etdiriləcək.
İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib. Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib.
Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?