GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Məşhur biznesmen Ceyhun Cəfərovu güllələyən killerlər necə ələ keçdi...

Məşhur biznesmen Ceyhun Cəfərovu güllələyən killerlər necə ələ keçdi...

Tarix: 10-04-2018, 12:56 Bölmə :Kirminal Baxış: 308
Məşhur biznesmen Ceyhun Cəfərovu güllələyən killerlər necə ələ keçdi...


Detektiv seriallara bənzəyən, onlardan geri qalmayan real kriminal hadisələrin iştirakçılarının Saratovda törətdikləri qətllərlə bağlı bəzi detallar üzə çıxıb. Məlum olub ki, bir neçə il öncə sözügedən şəhərdə əslində killer xidmətləri ilə məşğul olan firma özəl mühafizə xidməti adı altında fəaliyyət göstərib.

Azərbaycanlı sahibkar Ceyhun Cəfərov, sabiq prokurorluq əməkdaşı Maksim Stadnik və ər-arvad baykerlər – Dmitriy və Yelena Tarasovalar məhz bu killer dəstəsinin qurbanları olub. Qurbanların dördü də 2015-2017-ci illər ərzində qətlə yetirilib. Qatillər heç bir iz qoymayaraq gizlənməyə müvəffəq olublar.

Polis əməkdaşları onları noutbuka quraşdırılmış partlayıcı qurğunu partlatmağa cəhd etdiklərindən sonra saxlayıblar. 20 illik iş staja malik mühafizə xidmətinin əməkdaşlarının insanları aradan götürməklə bağlı nə zamandan bəri sifariş aldıqlarını işi aparan müstəntiqlər araşdırır.

Saratov vilayətinin Volqa rayon məhkəməsi tərəfindən qətldə şübhəli bilinən dörd nəfər - Mixail və Roman Silenko, Aleksey Klusov və Yuliya Bistrova saxlanılıb. Yaxın günlərdə onlara qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, ölümə sui-qəsd və qanunsuz odlu slah saxlama maddələri ilə ittiham irəli sürüləcək.

Killer kontoru, yoxsa özəl mühafizə şirkəti?

Məlumatlara görə, "Qranit-Müdafiə" MMC-nin baş direktoru və təsisçisi Roman Silenko, təşkilatın təsisçilərindən biri onun oğlu Mixail Silenko, həmtəsisçilər isə Yuliya Bistrova və Dmitri Denisov olub. Roman Silenko həmçinin təsisçisi olduğu "Qrand-Müdafiə" MMC-yə də başçılıq edib. 39 yaşlı Aleksey Klusov isə şəriklərindən fərqli olaraq hər hansı biznes əlaqələrinə malik olmayıb. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 1990-cı illərdə Çeçenistanda və Dağıstanda aparılan döyüşlərdə iştirak edib, təqaüddə olan gizirdir. İstintaqın versiyasına görə, məhz A.Klusov “Qatillər dəstəsi”nin icraçısı olub. O, hələlik yeganə cinayətkardır ki, öz etirafedici ifadələrindən imtina etmir.

Roman Silenko istintaq dövründə etirafedici ifadələr versə də, sonradan məhkəmə proseslərində ilkin ifadələrini təzyiq altında verdiyini bildirib. Onun oğlu Mixail Silenko isə ümumiyyətlə ittihamları rədd edib. Şirkətin yeganə qadın əməkdaşı isə hər hansı bir məlumata malik olmadığını, bir ay öncə mühafizə xidmətindən işdən çıxdığını bəyan edib.

İstintaqı araşdıran müstəntiqlərin fikrincə isə mühafizə firmasının əməkdaşlarının imtina etmələrinə baxmayaraq, əyalətdə rezonans doğuran cinayətlərdə məhz onların əli olub.

Nüfuzlu azərbaycanlı biznesmen Ceyhun Cəfərovun qətlinin araşdırılması ilə əlaqədar tədqiqatçılar iş üzrə şahid qismində ifadəsi vacib sayılan şəxsləri dindirməyə çalışıblar. Görüş yerinə - Engels rayonunun “Krasnıy Yar”kəndi yaxınlığına çatan polis əməkdaşları orada noutbuk aşkar ediblər. Noutbuku açmağa cəhd etdikdə isə partlayış baş verib. Partlayış zamanı ciddi xəsarətlər alan polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər .

Ertəsi gün Saratov vilayəti ərazisində, o cümlədən Engels rayonunda olayda əli olanların, polis əməkdaşları - Lepexin və Batyaşinin həyatına sui-qəsddə şübhəli bilinən şəxslərin saxlanılmasına başlanılır. Dindirilmələr zamanı məlum olur ki, saxlanılan şəxslər nəinki polis əməkdaşlarına sui-qəsddə və iş adamı Ceyhun Cəfərovun qətlində, həmçinin bir sıra sifarişli qətllərin həyata keçirilməsində iştirakçı olublar.

Saratov vilayətində yaşayan 55 yaşlı biznesmen, Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin Saratov vilayətindəki nümayəndəliyinin aktiv nümayəndəsi Ceyhun Cəfərov ötən il oktyabrın 24-də Lenin rayonunun Zoologiçeski küçəsindəki evinin yaxınlığında öldürülüb. Naməlum şəxslər inşaat şirkətinin rəhbərini qaranlıq döngədə gözləyiblər. Axşam saatlarında C.Cəfərov özünə məxsus “Lexus” avtomobilində qaraja yaxınlaşıb, qapını açmaq istədikdə atəş asəsləri eşidilib. Biznesmeni orada gözləyən killer azərbaycanlı iş adamının ürəyindən üç gullə vurularaq qətlə yetirilib.

Qətlin şahidləri tapılmasa da, qatil özü biznesmeninin evinin yaxınlığında quraşdırılmış müşahidə kameralarına tuş gəlib. Məhz həmin videogörüntülər nəticəsində istintaq ip ucu əldə edə bilib. İlkin olaraq tikinti sektorunda fəaliyyət göstərən C.Cəfərovun sifarişli qətlinin iqtisadi fəaliyyəti ilə əlaqədar olması barədə xəbərlər dolaşıb. Mərhumun yaxınları iş adamının heç kimlə biznes münaqişələrinə girişmədiyini, düşmənlərinin olmadığı söyləyiblər.

Cəfərov nə işlə məşğul olurdu...

“Vozrojdeniya-KDM” tikinti şirkətinin baş direktoru Ceyhun Cəfərov Saratov əyalətində məşhur iş adamı kimi tanınıb. Onun rəhbərlik etdiyi şirkət müqavilə əsasında memarlıq abidələrinin rekonstruksiyası ilə məşğul olub.

İş adamının ən böyük layihəsi 2012-ci ilin oktyabrında baş vermis yanğından sonra qədim Saratov Gənc Tamaşaçılar Teatrının binasının bərpası olub. Təmirə yarım milyon pul xərclənib. Onun 300 minini büdcə vəsaiti təşkil edib.

Müqavilə üzrə əsas işlər 2015-2016-cı illərdə görülüb. Uşaq bağçaları, xəstəxanalar, təhsil müəssisələri – “Vozrojdenie-KDM” bu qəbildən on milyonlarla rubl dəyəri olan müqavilələr bağlayıb. Saratov gimnaziyasının yenidən bərpası üçün 2016-cı ildə şirkət 52,2 milyon rubl, binanın üz fəsadlarının dəyişdirilməsi üçün isə 10 milyon rubl alıb. Tikinti şirkəti həmçinin, Rus Pravoslav Kilsəsinin Balaşovda yeparxiyanın binasını təmir edib.

2017-ci il inşaat şirkəti üçün gəlirli il olmayıb. Şirkət əsasən onlara olan borclarını məhkəmələr vasitəsilə ilə qaytarılmasına cəhd göstərib. İnşaat şirkətinin rəhbərinin qətli ərəfəsində Saratov vilayətinin Arbitraj məhkəməsində “Vozrojdeniya-KDM"şirkətinin tikinti işləri ilə məşğul olan “Effin-qrup” MMC-yə qarşı iki iddiasına baxılıb. 2017-ci ilin martında C.Cəfərovun şirkəti montaj işləri üçün qanunsuz yolla ələ keçirilən yarım milyon rublu məhkəmə vasitəsilə "Effin-qrup"dan ala bilib.

Tədqiqat zamanı Cəfərovun Saratov vilayətindəki sosial obyektlərin təmiri və tikintisi üzrə dövlət hərraclarının ən fəali iştirakçısı olduğu da müəyyən edilib. O, son 6 il ərzində milyardlarla tenderlərin qalibinə çevrilib. Bu müvəffəqiyyətlər yerli məmurların diqqətindən də yayınmayıb. Yaroslav Moiseyenkoyla birgə “Təmiz texnologiyalar" MMC-nin şərik olub. Hər ikisi bərabər paya malik olublar...

Biznesmenin qətli araşdırılarkən istintaq bir neçə fərziyyələrin üzərində dayanıb. İstintaq Sarayevlə azərbaycanlı biznesmen arasında obyektlərin tikintisi ilə bağlı müqavilə öhdəliklərinin olduğu barədə məlumatları araşdırıb. Mətbuatda inşaat şirkətinin rəhbərinin qətlində Saratovun keçmiş başçısı Valeriy Sarayevin dindirilməsi ilə bağlı məlumatlar yer alıb. Sarayevin razılığı əsasında Cəfərovun işçilərinin “Sosenki” qəsəbəsində kotteclərin tikintisini apardıqları, amma görülən işin ödənişinin tam həcmdə ödənilməməsi bildirilirdi.

Ər-arvad baykerlər - Tarasovlar 21 iyul 2016-cı ildə “Kumısnoy polyanı” rayonunda qarajda öldürülüblər. Onların cəsədlərini qonşu aşkar edib. Cütlük odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. 35 yaşlı Dmitri Tarasov və onun arvadı Yelena Saratovdakı bayker cəmiyyətinin məşhur üzvləri olub. Dmitri motosikllərin təmiri ilə məşğul olub. Mühərrikləri öz qarajında təmir edib.

Qatili isti izlərlə yaxalamaq mümkün olmayıb. Cinayətkarın fotorobotu tərtib edilib. Orada təsvir edilən şəxs bir neçə gün sonra özü polisə gələrək sözügedən qətllə heç bir əlaqəsi olmadığını sübut edib. İstintaq araşdırmaları qısa müddət dayandırılıb. Tarasovların hansı səbəbdən radikalcasına qətlə yetririlməsi bəlli olmayıb.

Ər-arvad baykerlərin dostları iki versiya səsləndiriblər. İlkin versiyaya görə hansısa müştəri təmirlə bağlı Dmitridən narazı qalıb, Yelena isə hadisənin təsadüfi qurbanı olub. İkinci versiyaya görə isə bu qətl Yelenanın Dmitriyə ərə getdiyi üçün onlardan qisas alan keçmiş sevgilisi tərəfindən törədilib. Bu fərziyyələrdən hansısının doğru, hansının isə yalan olduğunu Roman Silenko qatillərinin səsləndirdikləri ifadələrdən sonra məlum olacaq.

2015-ci ilin 12-dən 13-ə keçən gecə ”Yubileynıy” qəsəbəsində Saratovdan olan sahibkarı Maksim Stadnikə qarşı sui-qəsd baş verib. Naməlum killer binanın girişində ona bir neçə atəş açıb. Baş nahiyyəsindən ağır yaralanan sahibkarı həyat yoldaşı xəstəxanaya çatdırıb. Uzun müddət xəstəxanada koma vəziyyətində olan iş adamı bir ay sonra elə oradaca keçinib. Sui-qəsddən bir il öncəyə qədər M.Stadnik Saratov vilayətinin Lenin rayon prokurorluğunda işləyib.

Hətta ən səthi analiz belə göstərir ki, sözügedən üç qətlin bir-birilə heç bir bağlılığı yoxdur. Onların nə biznes əlaqələri, nə də şəxsi münasibətləri olub. Cinayəti birləşdirən yalnız icra metodu və icraçılardır.
Beləliklə, sual meydana çıxır-Ceyhun Cəfərovun, Stadnikin və ər-arvad Tarasovların mövcudluğu birbaşa Silenkonun strukturuna mane olurdu, onlar sırf öz maraqları üçün bu qətlləri törədirdi, yoxsa mühafizə şirkətinin əməkdaşları qətl sifarişlərin yerinə yetirib pul qazanırdılar? Əgər ikinci versiyadırsa gözləmək olardı ki, cinayət işinin fiqurantları sırasında tezliklə “sifarişçilər” adlanan daha bir neçə nəfər əlavə olunacaq...

Lakin yazı çapa hazırlanarkən məlum oldu ki, bu kriminal trillerin baş qəhrəmanı Roman Silenko artıq sağ deyil-o, saxlanıldığı təcridxanada intihar edib. Yaxud Silenkoya o dünyaya yollanmaqda “kömək ediblər”.

Rusiya KİV-lərinin məlumatlarına görə, R.Silenko bir neçə gün əvvəl saxlanıldığı ikinəfərlik kamerada ölü tapılıb. İntihardan əvvəl Silenkonun “hər şeyi öz boynuma götürürəm, cinayəti mən törətmişəm” məzmunlu məktub yazdığı məlum olub. İntihar aprelin 6-da baş versə də bu barədə məlumat bir neçə gün sonra mətbuata sızıb...

Silenko artıq o dünyada olduğundan istintaq onun bandasının törətdiyi qətllərin sifarişçisini də müəyyən edə bilməyəcək. Və Cəfərovun qətlini də kimlərin sifariş verdiyi açılmamış qalacaq...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Killer 55 yaşlı azərbaycanlı iş adamını ürəyindən güllələyərək qətlə yetirdi

    Killer 55 yaşlı azərbaycanlı iş adamını ürəyindən ...

    25-10-2017, 11:18

  • 
  • Saratovda sifarişli qətl — Azərbaycanlı iş adamı öldürüldü

    Saratovda sifarişli qətl — Azərbaycanlı iş adamı ...

    25-10-2017, 13:47

  • 
  • Ukraynada azərbaycanlı biznesmen qətlə yetirilib

    Ukraynada azərbaycanlı biznesmen qətlə yetirilib ...

    7-08-2013, 11:43

  • 
  • Paytaxtı partlatmağa hazırlaşan diversantlar tutuldu- ƏMƏLİYYAT

    Paytaxtı partlatmağa hazırlaşan diversantlar ...

    10-12-2015, 12:32

  • 
  • Onlarla adamı güllələyən killer “Çolaq Nazim” məhkəməyə çıxarılır - (Video)

    Onlarla adamı güllələyən killer “Çolaq Nazim” ...

    17-01-2014, 13:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu