Muğanbank ASC Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Novruz Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Novruz Vəliyev tanışları - Kənan Nağıyev, Cavad Cavadov və Fərid Quliyevin etibarından sui-istifadə edərək, “Forex” maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib və dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verib. O, aldatma yolu ilə həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitlərini ələ keçirib. İş üzrə zərərçəkmiş şəxs qismində Muğanbank ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb. Novruz Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?