Şəki Ağır Cinayətlər Məhkəməsində nənəsini amansızlıqla qətlə yetirən qadının məhkəməsi başlayır.
Cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinən Davudova Reyhan Ramazan qızının məhkəmə prosesinin hazırlıq iclası may ayının 7-də hakim Camal Ramazanovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, ağır cinayət hadisəsi 2017-ci ilin noyabr ayının 11-də Şəki şəhəri, Giləkli küçəsi 23 ünvanında baş verib. Ruhi xəstə olduğu bildirilən qız 79 yaşlı nənəsini qətlə yetirib. 79 yaşlı Sadıqova Nübar İbrahimxəlil qızı qız nəvəsi 30 yaşlı Reyhan Davudova tərəfindən amansız şəkildə öldürülüb. Hadisə baş verən vaxt R.Davudova evdə nənəsi ilə tək olub. O əvvəlcə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib. R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək rayon polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib. Məlumatda bildirilir ki, ruhi xəstə olan Reyhan Davudova bir neçə dəfə əsəb xəstəliyindən müalicə olunub.
Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?