Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500 000 ədəd saxta aksiz markası aşkarlayaraq, götürüb.
DTX-nin məlumatında deyilir ki, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları İntiqam Mehdiyev və Ruslan Nəcəfov müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib.
Başladılmış cinayət işi üzrə araşdırmalar davam edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?