Rusiyada həbs olunan "Şakro Maladoy" ləqəbli nüfuzlu avtoritet Zaxariy Kalaşovu dustaqlar müvəqqəti təcridxanada böyük coşqu ilə qarşılayıb. FaktXəbər bildirir ki, "qanuni oğru" Presnensk təcridxanasına çatmazdan əvvəl dustaqların onu qarşılamağa hazır olduğu video-rolik yayılıb.
Telegram şəbəkəsində "112" səhifəsinə yerləşdirilən görüntülərdə dustaqlardan birinin digərlərinə müraciət etməsi öz əksini tapıb: "Dustaqlar, gəlin hamımız birlikdə bu gün mərkəzə gələn böyük qardaşımızı isti qarşılayaq".
Qeyd edək ki, Moskvanın Nikulinsk rayon Məhkəməsi martın 29-da "Şakro Maladoy"u 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?