14 il cəza ilə razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verdi
Dünən Bakı Apellyasiya Məhkəməsində kürəkənini öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Elçin Lazımovun cinayət işi üzrə məhkəmə başlayıb. Ittihama görə, Saatlı rayon sakini 1987-ci il təvəllüdlü Rəvan Əliyev Nizami rayonunda öldürülüb.
Ötən ilin aprelin 23-də baş verib. Rəvan Əliyev qayınatası Elçin Lazımov tərəfindən qətlə yetirilib. Qətlə yetirilənin bədənində 57-yə yaxın bıçaq yarası aşkar edilib. Qətl Rəvan Əliyevin işlədiyi “Mil” kafesində törədilib. Elçin Lazımov “Azəriqaz”ın əməkdaşıolub. Qətl yerindən qaçmağa belə cəhd etməyən qatil kafenin yanında sakit durub polisin onu aparmağa gəlməsini gözləyib. Məlumdur ki, qətldən bir müddət öncə Rəvan Əliyev və Elçin Lazımov çay süfrəsi arxasında söhbət ediblər.
Aydın olub ki, Elçin Lazımovun qızı ilə cəmi bir ildir ailəli olan Rəvan arasında münaqişə olub. Nəticədə Elçin Lazımovun qızı ər evindən gedib. Bu məsələ atanı çox qəzəbləndirib, ona görə də məsələyə aydınlıq gətirmək üçün kafeyə gəlib və qanlı cinayəti törədib.
Elçin Lazımov Cinayət Məcəlləsinin 120.1.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Lazımov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elçin Lazımov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Elçin Lazımov ifadə verib. O, bildirib ki, birinci məhkəmə instansiyası onun barəsində daha ağır cəza təyin edib. O, cəzasının yüngülləşdirilməsini istəyib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?