İstanbulun Avcılar rayonunda boşanma ərəfəsində olduğu həyat yoldaşı tərəfindən öldürülən Ayşegül Çelikin 15 yaşlı qızının anasını "Evə gəlmə" deyə xəbərdar etməsi üçün zəng etdiyi, ancaq ananın telefonu açmadığı ortaya çıxıb.
Dünən Mehmet Reşit Çelik (40) boşanma ərəfəsində olan Ayşegül Çeliki küçənin ortasında, qayınanası Fehime Küçükü (58) evində silahla vurub. Başından vurulan Fehime Küçük dünyasın dəyişib, Ayşegül Çelik ağır yaralıdır.
15 və 2 yaşında iki uşaqları olan cütlüyün təxminən 2 ildir ayrı yaşadıqları məlum olub.
Həmin gün Ayşegül Çelik 2 yaşlı oğlunun 3 gün sonra tamam olacaq yeni yaşının hazırlığı üçün işdən tez çıxmışdı.
Mehmet Reşit Çelik evə gedərək qayınanasını 15 yaşlı qızı Ç.Ç.-nin gözü qarşısında silahla vuraraq öldürüb. Çelik sonra evdən gedib.
ANASINA XƏBƏRDARLIQ ETMƏK ÜÇÜN ZƏNG ETDİ
İddiaya görə, nənəsi gözləri önündə vurulan 15 yaşlı Ç.Ç anasına xəbərdarlıq etmək və evə gəlməməsini söyləmək üçün zəng edib. Ancaq ana Ayşegül Çelik zəngə cavab verməyib. Çelik küçədə qarşılaşdığı həyat yoldaşını güllələyib./Milli.Az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?