Suriyada barışığın təminatçıları olan ölkələr (Rusiya, İran, Türkiyə) Astana formatındakı Suriya məsələsi üzrə danışıqların Soçidə keçirilən onuncu mərhələsində ölkənin suverenliyini pozan separatçı niyyətlərlə mübarizə aparmağa hazır olduqlarını bildiriblər.
Bu barədə "Astana-10"un yekun bəyanatının layihəsində deyilir.
"Tərəflər məqsədi Suriyanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də qonşu ölkələrdə milli təhlükəsizliyi pozmaq olan separatçı niyyətlərə qarşı mübarizəyə sadiqliklərini ifadə ediblər", - sənəddə qeyd olunub.
Qeyd edək ki, iyulun 30-31-də Soçidə Astana formatındakı Suriya məsələsi üzrə danışıqların onuncu mərhələsi keçirilir.
Sorğu
Yeni dizaynımız necədir?