GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Soçidə konqres, Afrində döyüş, İdlibdə gecə yürüşü

Soçidə konqres, Afrində döyüş, İdlibdə gecə yürüşü

Tarix: 31-01-2018, 11:39 Bölmə :Dünya Baxış: 415
Soçidə konqres, Afrində döyüş, İdlibdə gecə yürüşü


Suriyanın şimalında mürəkkəb proseslər baş verir, ruslar Afrində, türklər isə İdlibdə görünüb

Yanvarın 30-da Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresi öz işinə başlayıb. 1500 nəfərə yaxın heyətin iştirak etdiyi konqresdə Suriyanın gələcəyi, siyasi keçid, yeni konstitusiya və eləcə də davamlı sülhün əldə olunması yolları müzakirə olunacaq.

Açılış çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Putinin iştirakçılara müraciətini oxuyub. Putin Türkiyə və İrana, eləcə də BMT-yə təşəkkür edib. Bundan başqa Putin məktubunda Soçi toplantısının əsas məqsədinin Suriya xalqını birləşdirmək olduğunu qeyd edib. Eyni zamanda bildirib ki, Suriyanın gələcəyi ilə bağlı qərarı Suriya xalqı verməlidir. Yeri gəlmişkən, o da bəlli olub ki, əsas müzakirələrə yalnız suriyalılar qatılacaq, vasitəçi ölkələr və müşahidəçi ölkələrin nümayəndələri toplantıya qatılmayacaq.

“Reuters” isə Soçidə baş verən qalmaqaldan yazıb. Agentlik bildirir ki, Türkiyədən gəldiyi güman edilən 70 nəfərlik müxalif qrup Soçi hava limanında qalaraq geri qayıtmaq üçün təyyarə tələb ediblər. Qalmaqala səbəb isə konqresin təşkilati işlərində Suriya dövlət bayraqlarından istifadə olunması olub. Konqresə qatılmayanlardan olan Əhməd əl-Burri Türkiyəyə geri dönəcəklərini deyib. Ruslardan Suriya dövlət bayraq və emblemlərinin sökülməsini tələb etdiklərini deyən əl-Burri geri qayıtmaqda qərarlı olduqlarını bildirib. Agentlik bildirir ki, məhz bu səbəbdən Konqres təyin olunduğu kimi, saat 10-da başlamayıb.

Soçidə müzakirələr getdiyi bir vaxtda Afrində Türkiyə ordusunun əməliyyatları davam edir. Ötən gün Türkiyə ordusu YPG-nin nəzarətində olan Süleyman Halil və Sati Sağı kəndlərini terrorçulardan təmizləyib. Bu kəndlərin azad olunması üçün həyata keçirilən əməliyyat nəticəsində 15 terrorçu zərərsizləşdirilib.

Eyni zamanda Türkiyə ordusu Afrin ərazisinə 3 dildə elanlar yayıb. Elanlarda Afrinin afrinlilərin olduğunu, əməliyyatın terrorçulara qarşı keçirildiyi qeyd olunub. yanvarın 30-da Türkiyə müdafiə naziri Nurəddin Canikli brifinq keçirib. Müdafiə naziri bildirib ki, yanvarın 20-də başlayan “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günə qədər 649 terrorçu məhv edilib. Türkiyə ordusunun 5 hərbçisi və müxalif qruplardan 24 nəfər ölüb.

Bu arada İngiltərənin “İndependent” qəzetinin təcrübəli Yaxın Şərq analitiki Robert Fisk Suriya və Afrindən analiz hazırlayıb. BBC-nin məlumatına görə, Fisk Afrində hələ də rus patrullarının olduğunu yazıb. Yazıda qeyd olunur ki, gündüzlər hərbi nəqliyyat vasitələrində Afrin küçələrində gəzən rus hərbi polis patrullarını görmək normaldır. Məsələ ondadır ki, ruslar əsas qüvvələrini Afrindən “Zeytun budağı” əməliyyatı başlayandan sonra çıxarmışdılar. Ancaq görünür ki, hələ çıxarmayıblar.

Yanvarın 29-dan 30-na keçən gecə isə Türkiyə ordusunun İdlib vilayətinin şimalında yerləşən birləşməsindən ayrılan bir konvoy İdlibin mərkəzinə doğru hərəkət edib. Suriya ordusunun əməliyyat bölgəsinə yaxın ərazilərə gedən Türkiyə ordu konvoyu ətrafına mərmilər düşsə də, tələfat olmayıb. Daha sonra ordu yenidən əvvəlki mövqeyinə qayıdıb. Əraziyə nəzarət edən islamçı qruplaşmalar isə Türkiyə ordusunun keçidinin razılaşdırıldığını bəyan edib.

Qeyd edək ki, Astana razılaşmasına əsasən İdlib vilayətinin şimalında və mərkəzində atəşkəsə nəzarət Türkiyə ordusuna tapşırılmışdı. Ancaq o zaman Türkiyə ordusu yalnız əyalətin şimalında möhkəmlənib. Ancaq indi Afrin əməliyyatının gedişi prosesində Türk ordusunun İdlibin içərilərinə “kəşfiyyat yürüşü” etməsi birmənalı qarşılanmayıb. Hazırda Suriya ordusu və ruslar İdlibdə əməliyyat keçirir. Mümkündür ki, bu gediş həm də ruslara və Suriya hökumətinə mesaj məqsədi daşısın. Çünki mediada kürdlərin Afrini Suriya ordusuna təhvil vermək istəməsi haqda xəbərlər yayılıb. Bu isə Türkiyənin əl-qolunu bağlamış olur. Görünür, Türkiyə ordusunun gecə əməliyyatı bu cür ehtimallarla bağlı qarşı tərəfə mesaj xarakterli olub. Üstəlik əməliyyat məhz Soçi konqresi keçirilən günə təsadüf edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə PKK/PYD-çiləri SOÇİYƏ BURAXMAYACAQ

    Türkiyə PKK/PYD-çiləri SOÇİYƏ BURAXMAYACAQ ...

    9-01-2018, 15:00

  • 
  • Putinin nümayəndəsindən SURİYALI MÜXALİFLƏRƏ TƏHDİD

    Putinin nümayəndəsindən SURİYALI MÜXALİFLƏRƏ ...

    1-11-2017, 16:40

  • 
  • Soçi zirvəsində TÜRKİYƏNİN 3 ŞƏRTİ

    Soçi zirvəsində TÜRKİYƏNİN 3 ŞƏRTİ ...

    22-11-2017, 13:30

  • 
  • İdlibdə 18 adam həyatını itirib

    İdlibdə 18 adam həyatını itirib ...

    8-01-2018, 12:02

  • 
  • Rusiyanın Əsədi XİLASETMƏ OYUNU ALINMADI – SOÇİ KONQRESİNİN ARXA PLANI

    Rusiyanın Əsədi XİLASETMƏ OYUNU ALINMADI – SOÇİ ...

    7-11-2017, 14:16


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu