D18 Hərəkatının İdarə Heyətini üzvü Zaur Rövşənli noyabrın 7-də saxlanılıb. Noyabrın 8-də Nizami rayon Məhkəməsinin qərarı ilə o İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanunu tələbinə tabe olmamaq) günahlı bilinərək 10 sutka inzibati həbsə məhkum edilib.
Bu barədə Amerikanın Səsinə D18 Hərəkatının rəhbəri Ruslan İzzətli bildirib.
“Zaur Rövşənli noyabrın 7-də Koroğlu metrosunun yaxınlığında saxlanılıb. Dövlət Yol Polisi bildirib ki, Z.Rövşənli onun tələbinə tabe olmayıb. Zaur isə deyir ki, polis onu təhqir edib. Məhkəməyə hal şahidləri də gətirdilər və 10 sutka həbs qərarı çıxarıldı”, İzzətli qeyd edib.
O məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
Öz növbəsində rəsmi qurumlar müxlaifət fəalının həbsi ilə bağlı hələ məlumat yaymayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?