Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Tural Alıyev ifadə verib. O bildirib ki, istintaq dövründə təqsirləndirilən H.Quliyev öz müdafiəçisi ilə birgə sənədlərə qol çəkib. Təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov isə müvəkkili ilə T.Alıyev arasında telefon danışıqları olduğunu, H.Quliyevin hüquqlarının pozulduğu deyib. O, müstəntiqdən mobil telefonunun nömrəsini məhkəməyə təqdim etməsini istəyib. Müstəntiq isə telefon nömrəsini vermək istəmədiyini söyləyib. Təqsirləndirilən şəxs isə vurğulayıb ki, müstəbtiq T.Alıyev onunla bir neçə dəfə telefonla danışıb. Hakim deyib ki, istintaq dövründə H.Quliyevin müdafiəçisi olmuş vəkil Şükür Şıxıyev bu dəfə də məhkəməyə gəlməyib. Məhkəmənin hazırlıq iclası noyabrın 21-də davam etdiriləcək. Qeyd edək ki, hadisə ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib./Report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?