GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » 50 minlik rüşvətdə təqsirləndirilən sabiq məmur: 'Heç mənə təklif edən olmayıb'

50 minlik rüşvətdə təqsirləndirilən sabiq məmur: 'Heç mənə təklif edən olmayıb'

Tarix: 3-01-2019, 19:38 Bölmə :Kirminal Baxış: 415
50 minlik rüşvətdə təqsirləndirilən sabiq məmur: 'Heç mənə təklif edən olmayıb'


Paytaxtın Xətai rayonunun icra başçısı Razim Məmmədov işdən kənarlaşdırılandan az sonra onun qohumu Xalid Məmmədov təqsirləndirilən şəxs kimi məhkəmə qarşısına çıxarılıb. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədov elə bu rayonda rüşvət alıb qanunsuz tikililərə şərait yaratmaqda suçlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Xalid Məmmədov isə özünü təqsirli bilmir. Yanvarın 3-də 27 yaşlı sabiq məmur məhkəmədə təkcə bir tikintiyə görə 50 min manat rüşvət alması barədə ittihama münasibət bildirərkən deyib ki, nəinki bu pulu almayıb, heç ona təklif də edilməyib. Bildirib ki, tikinti məsələlərinin ona aidiyyəti olmayıb, əsasən məhəllələrdəki daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi ilə məşğul olublar: "Mənim avtomobilimin ustası vardı, İlham Məlikov. 2018-ci ilin fevralında mənə zəng eləyib dedi ki, dostu Elsevər tikinti işinə görə mənim yanıma gələcək. Ona da dedim ki, tikinti mənim sahəm deyil. Bildirdi ki,

Elsevər dedi, Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacağam. Ertəsi gün Əmlak Komitəsi və meriyadan sənədlər gətirdi. Dedim, bunlar saxtadır, şübhələndim.
Xalid Məmmədov
sadəcə, bəzi məsələlərlə bağlı məsləhət almaq istəyir. Gəldilər, danışdıq, Xətai rayonu ərazisində tikinti işləri görmək istəyirdi. Gedib əraziyə baxdım, bildirdim ki, o yerdə tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi alınmalıdır. Oradan sərəncam verilməli, layihə təsdiqlənməlidir. Ondan sonra heç nədən xəbərim olmadı...".

"Dedim, bunlar saxtadır..."

Xalid Məmmədovun dediyinə görə, bir də may ayında 97 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərindən eşidib ki, o ərazidə artıq bünövrə qazılır. Bunu eşidən kimi, gedib orada işi dayandırıb. Ertəsi gün avtomobil ustası İlham Məlikovla dostu Elsevər Rufullayev onun yanına gəliblər: "Elsevər dedi, Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacağam. Ertəsi gün Əmlak Komitəsi və meriyadan sənədlər gətirdi. Dedim, bunlar saxtadır, şübhələndim. Tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin və meriyada təsdiqlətsin. İyunda Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də ora getdim, meriyanın işçisindən soruşdum ki, bunların sənədləri qaydasındadırmı? Dedi, bütün sənədləri düzdür, sonra da tikintiyə davam etdilər. İki ay sonra da Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi...".

Xalid Məmmədovu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prokurorluğa göndərdiyi materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Ona CM-in 311 (rüşvət alma), 34.312-ci (rüşvət verməyə təhrik etmə) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham verilib.

Azərbaycan qanunvericiliyində külli miqdarda ziyan vurmaqla dələduzluq etməyə görə 5 ildən 10 ilə qədər, rüşvət almaya görə 4 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Razim Məmmədov dekabrın 13-də prezidentin sərəncamıyla Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib./AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq icra başçısının rüşvətə görə həbs edilən qohumu məhkəmədə ifadə verib

    Sabiq icra başçısının rüşvətə görə həbs edilən ...

    3-01-2019, 11:22

  • 
  • Daha bir keçmiş məmur oliqarx həbsin bir addımlığında - Razim Məmmədov istintaqa cəlb olunub

    Daha bir keçmiş məmur oliqarx həbsin bir ...

    22-12-2018, 18:35

  • 
  • Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə daha kimlərin həbsi gözlənilir?

    Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə ...

    10-10-2018, 15:03

  • 
  • Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi

    Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi ...

    12-10-2016, 19:02

  • 
  • Ziya Məmmədov Qubanın keçmiş icra başçısına zəng vurub dedi: “Çaşarsan ha birdən...”

    Ziya Məmmədov Qubanın keçmiş icra başçısına zəng ...

    5-12-2017, 00:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu