Bakıda tanışına 350 min manat dələduzluq etməkdə təqsirli bilinən Süleyman İbrahimovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən S.İbrahimov 7 il 6 ay müddətə azadlıqdna məhrum edilib.
Qeyd edək ki, Süleyman İbrahimov tanışı A.N-ni Bakıda yerləşən polinikalardan birinə həkim düzəldəcəyi və digər işlərini həll edəcəyini deyərək, zərərçəkəndən 350 min manat alıb. Lakin o, verdiyi sözə əməl etməyib. Zərərçəkənin şikayəti əsasında S.İbrahimov saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilib.
İstintaq dövründə zərərçəkənə dəyən ziyandan 120 min manat ödənilib.
Sorğu
Yeni dizaynımız necədir?