Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib.
Gundemxeber.az ONA-ya istinadən xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub. Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun deyib ki, Rəna Aslanovanın yanığları 1,2 ci dərəcəlidir. Həyatı üçün təhlükə yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?